525.Az

Bakıda iki yanğın baş verib


 

Bakıda iki yanğın baş verib<b style="color:red"></b>

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

525.az-ın FHN-in saytına istinadən veriyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus bağ sahəsinə yığılmış 15 kv.m sahədə taxta tullantıları və yaxınlıqda yerləşən vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan taxta sexinin dam örtüyünün yanar konstruksiyaları 2 kv.m sahədə yanıb. Sexin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 02:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın Sabunçu rayonunda baş verib. Vətəndaşa məxsus hər mərtəbəsi 90 kv.m olan birmərtəbəli dördotaqlı evin tüstü bacasının ətrafı 0,5 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 





21.12.2012    çap et  çap et