525.Az

Qusarda yol tikintisinə 4,6 milyon manat ayrılıb


 

Qusarda yol tikintisinə 4,6 milyon manat ayrılıb<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev Qusar rayonunun Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, 12 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,6 milyon manatı Qusar Rayon İcra Hakimiyyətinə ayrılıb.
 
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 





28.07.2015    çap et  çap et