525.Az

İnternet Explorer istifadəçilərinə bəd xəbər


 

İnternet Explorer istifadəçilərinə bəd xəbər Google-un məşhur ximdətləri Gmail, Google Təqvim, Google Docs 15 oktyabrdan etibarən İnternet Explorer-8 brauzerində açılmayacaq.

525.az beynəlxalq mediaya istinadən xəbər verir ki, bu qərardan sonra Google Apps-in İE8-in daha çox istifadə edildiyi Windows XP-nin istifadəçiləri bu xidmətlərdən istifadə edə bilməyəcəklər.

Bu xidmətlərdən istifadə etmək istəyən Explorer istifadəçiləri isə, 15 oktyabrdan etibarən başqa internet brauzerlərindən istifadə etməli olacaqlar. Şirkət tərəfindən verilən açıqlamada bildirilib ki, xidmətlərin daha sürətli və keyfiyyətli istiafadəsi üçün bu qərar verilib.

Google Apps-in bu qərarı ən çox Microsoft şirkətinə zərər verir. Bu qərarın 3 həftədən sonra İnternet Explorer istifadəçilərinə necə təsir edəcəyi isə hələ məlum deyil.
 





17.09.2012    çap et  çap et