525.Az

“Dini mədəniyyətin inkişafı” fonduna 3 milyon manat ayrıldı


 

“Dini mədəniyyətin inkişafı” fonduna 3 milyon manat ayrıldı<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev ölkədə dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Azərbaycanda dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsini təmin etmək məqsədi ilə Prezidentin ehtiyat fondundan “Dini mədəniyyətin inkişafı” fonduna 3 milyon manat ayrılıb.
 
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

 





05.08.2015    çap et  çap et