525.Az

Cennifer Lopezin konserti üçün 65 yük maşını avadanlıq gətirilib


 

Cennifer Lopezin konserti üçün 65 yük maşını avadanlıq gətirilib

Cennifer Lopezin Bakıda, “Crystal Hall”da keçiriləcək solo-konsertinə hazırlıq işləri davam edir.

Konsertin təşkilatçısı “Omnikomo Music Group”un PR və marketinq şöbəsindən APA-ya verilən məlumata görə, sentyabrın 23-də keçiriləcək konsert üçün 65 yük avtomobili və 5 təyyarə ilə xüsusi avadanlıqlar gətirilib.

Hazırlıq işlərində 500-ə yaxın əməkdaş çalışır. Artıq zal üçün nəzərdə tutulan biletlərin hamısı satılıb qurtarıb. Hazırda yalnız tribunalar üçün azsaylı bilet qalıb.

 





17.09.2012    çap et  çap et