525.Az

Prezident Çin liderinə başsağlığı verib


 

Prezident Çin liderinə başsağlığı verib<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpinə Tyantszin şəhərində güclü partlayışlar nəticəsində çoxlu sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib.
 
APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
 
"Hörmətli cənab sədr, Tyantszin şəhərində baş vermiş güclü partlayışlar nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram".
 





14.08.2015    çap et  çap et