Sumqayıt şəhər İcra Hakimiyyətinin göstərişiylə Azərbaycan Prezidenti İlham Əliyevin ad gününə hazırlanmış tortun fotoları artıq sosial şəbəkələrdə paylaşılıb.
Tortun hazırlanması üçün 22 min yumurta, 2 tona yaxın un, 1.5 ton şəkər, 310 kiloqram qoz istifadə edilib
Prezidentin 51 yaşı ilə bağlı hazırladığı uzunluğu 51 metr olan tortun çəkisi 11 tondur. Tortun üzərində "Eurovision-2012"yə aid şəkillər və Kristal Zalın 6 metrlik əksi hazırlanıb.