525.Az

Facebookda musiqi paylaşana ağır cəza


 

Facebookda musiqi paylaşana ağır cəza Türkiyənin Mədəniyyət və Turizm naziri Ərtoğrul Günay müəllif hüquqlarının qorunması məqsədi ilə qanuna dəyişiklik təklifini oktyabrda Türkiyə Böyük Millət Məclisinin gündəminə salmaq niyyətindədir.

525.az Habertürk-ə istinadən məlumat verir ki, nazir musiqi, film, elektron kitab yükləmənin və paylaşmanın qarşılığının olacağını bildirib.

Türkiyə Mədəniyyət Nazirliyinin Müəllif hüquqları şöbəsinin müdiri Abdurrahman Çelik bu dəyişikliyin Fransa və ABŞ-da yaxşı nəticələr verdiyini bildirib. Çelik bildirib ki, yeni qanuna əsasən facebook, tvitter kimi sosial şəbəkələrdə musiqi, film və elektron kitab paylaşan hər kəs üç dəfə xəbərdar olunacaq. Bu xəbərdarlıqdan sonra yenə də həmin adam paylaşıma davam edərsə 1000- 50 min lirə arasında cərimə ödəyəcək.

"Valideynlər uşaqlarının nə paylaşdılarını bilmirlər. Məqsədimiz cəzalandırmaq yox, maarifləndirməkdir. Bu qanunun tətbiq edildiyi Fransada xəbərdarlıq edilənlərin 95 faizi heçnə paylaşmır"
 





17.09.2012    çap et  çap et