525.Az

Göygölə giriş bərpa edildi


 

Göygölə giriş bərpa edildi <b style="color:red"></b>

Göygöl qoruğuna giriş artıq bərpa edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktoru Vaqif Cavadov Modern.az-a açıqlamasında bildirib ki, bu gün ərazini zibillərdən təmizləmək və proflaktik tədbirlərin aparılması elan edilmişdi və bu gün səhər saat 8-dən etibarən əməkdaşlar tərəfindən ərazi zibillərdən tam təmizlənib.

“Saat 12-nin yarısından Milli Parka giriş bərpa olunub. Yenidən çirkləndirilməməsi üçün çox ciddi tədbirlər görüləcək, həm inzibati qaydada cərimələr tətbiq olunacaq, həm həm adamlar qara siyahıya daxil edilib, Milli Parkın arzuolunmaz şəxsləri olacaq və onların Milli Parka girişinə məhdudiyyətlər qoyulacaq”. 

V.Cavadov bildirib ki, əgər zərurət yaranacaqsa Milli parkda belə təmizlik işləri mütəmadi aparılacaq.

“Düşünürəm ki, getdikcə bu tendensiya azalmağa doğru gedəcək. Çünki ilk günlərdə daxil olan adamların sayı həddindən çox olduğundan belə tendensiya yaşandı.

Həm də əvvəllər Milli Park yaranana qədər buradan bu cür istifadə edildiyi üçün köhnə abu-havada qalmış insanlar buranı zibilləyirdilər. Amma artıq onlarda qaydalara fikir verməli olacaqlar. Çünki buranın davranış qaydaları var və bu tendensiya azalmağa doğru gedəcək”. 

 





19.08.2015    çap et  çap et