525.Az

Bakıda tələbə yataqxanası yandı, tələbələr evakuasiya olundu


 

Bakıda tələbə yataqxanası yandı, tələbələr evakuasiya olundu<b style="color:red"></b>

Bu gecə saat 01:00 radələrində Bakıda Azərbaycan Dövlət Neft Akademiyasına məxsus 9 mərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanğınsöndürənlər yanğını söndürüblər.

Xilasedicilər tələbələr evakuasiya olunduğu üçün xəsarət alan olmayıb.

Yanğının elektrik qısaqapanmasından baş verdiyi ehtimal olunur. Lakin aparılacaq araşdırmalardan sonra yanğının dəqiq baş vermə səbəbləri məlum olacaq.

 





25.12.2012    çap et  çap et