525.Az

Beynəlxalq Gənclər Düşərgəsi fəaliyyətini yekunlaşdırıb


 

Beynəlxalq Gənclər Düşərgəsi fəaliyyətini yekunlaşdırıb<b style="color:red"></b> Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Beynəlxalq Dağçılıq Federasiyasının (UİAA) dəstəyi ilə Qusarın Ləzə kəndində təşkil olunan Marşrutqurma və Bələdçilik üzrə Beynəlxalq Gənclər Düşərgəsi işini başa vurub.
 
APA-nın məlumatına görə, idman qayayadırmanması sahəsində təcrübəsi olan 50 nəfərdən çox yerli və xarici idmançıya bir həftə ərzində beynəlxalq səviyyəli mütəxəssislər tərəfindən təlim keçirilib.
 
Düşərgədə idmançılar idman dırmanması marşrutlarının təşkili, habelə dağ turizmi sahəsində vacib istiqamətlərdən olan professional bələdçilik üzrə biliklərə yiyələnib, nəzəri və praktik məşğələlərdə iştirak edib.
 
Təlim müddətində eyni zamanda Gürcüstan, İran, Türkmənistan, Türkiyə və Azərbaycandan olan düşərgə iştirakçıları arasında təcrübə mübadiləsi aparılıb, idman dırmanması sahəsində müasir dünya təcrübəsi  öyrənilib.
 
Beynəlxalq Düşərgənin işini yekunlaşdırması ilə əlaqədar Beynəlxalq Dağçılıq Federasiyasının vitse prezidenti Piter Farkas tərəfindən iştirakçılar üçün  xüsusi təqdimat keçirilib.
 
Tədbirin sonunda təlim iştirakçılarına FAİREX-in və UİAA-nın sertifikatları təqdim edilib.
 





24.08.2015    çap et  çap et