525.Az

Azərbaycanda istifadə olunan kompüter proqramlarının 87%-i qanunsuzdur


 

Azərbaycanda istifadə olunan kompüter proqramlarının 87%-i qanunsuzdur<b style="color:red"></b>

Hazırda Azərbaycanda istifadə olunan proqram təminatının 87%-i pirat proqramlardır.

Bu göstərici IDC beynəlxalq təşkilatının araşdırmalarına əsaslanır. «APA-Economics»in məlumatına görə, bunu «Microsoft-Azerbaijan» şirkətinin baş meneceri Rüfət Hacıəlibəyov bildirib.

Onun sözlərinə görə, proqram təminatının qeyri-qanuni istifadəsinin kommersiya dəyəri 67 mln. ABŞ dolları təşkil edir. Bu, Azərbaycan iqtisadiyyatına və yerli İT sektoruna zərər vurur, yeni iş yerlərinin açılmasına əngəl törədir, eləcə də hökuməti vergi gəlirlərindən məhrum edir.

Baş menecer bildirib ki, pirat proqram təminatının istifadə edilməsi kompüter istehsalçılarının bütün kateqoriyalarında – fiziki şəxslər, biznes və dövlət qurumlarında müşahidə olunur: «Amma digər istifadəçilərə nisbətən dövlət qurumları arasında bu faiz nisbətən aşağıdır».

Şirkət rəsmisi bildirib ki, dövlət qurumlarının leqal proqram təminatına keçməsi ilə bağlı ölkə rəhbərliyinin göstərişləri nəticəsində getdikcə daha çox dövlət təşkilatı leqal proqram təminatından istifadə etməyə başlayıb.

 

 





25.12.2012    çap et  çap et