525.Az

Nəğmələrdə yaşayan ömur- Ağabacı Rzayeva – 100


 

Nəğmələrdə yaşayan ömur- <b style="color:red">Ağabacı Rzayeva – 100</b>

HƏCƏR BABAYEVA
Əməkdar incəsənət xadimi


Bu il Azərbaycanın musiqi ictimaiyyəti ilk qadın bəstəkarımız əməkdar incəsənət xadimi Ağabacı Rzayevanın anadan olmasının 100 illik yubileyini qeyd edir. Üzeyir Hacıbəylinin ilk tələbələrindən olan Ağabacı Rzayeva 1912 – ci il dekabrın 15-də Bakıda anadan olub.

Uşaglıqdan onu əhatə edən musiqi və musiqicilər mühiti, onun gələcəkdə bütün yaradıcılığına sirayət edib. Ağabacı Rzayevanın babası dövrünün məşhur tar çalanı Mirzə Fərəc
olub. O Mirzə Fərəc ki, neçə-neçə ustad tar çalanlar yetişdirmiş, Cabbar Qaryağdıoğlu, Keçəçi Məmməd kimi xanəndələri tarda müşayət edib, Bakıda Məşədi Məlik Mənsurovun evində təşkil olunan muğam məclislərinin fəal üzvü olmuşdu. Görkəmli bəstəkarımız Üzeyir Hacıbəyli 20-ci illərdə Konservatoriyada təhsil alan tələbələr üçün muğam tədrisinin proqramını tərtib edərkən bir
neçə muğam biliciləri arasında Mirzə Fərəci də dəvət etmiş, onun fikirlərini öyrənmək istəmişdi. Mirzə Fərəcin tərtib etdiyi muğam cədvəli isə, indiyə qədər də öz əhəmiyyətini itirməyib.

Ağabacı Rzayevanın atası İsmayıl Rzayev də iqtisadçı olmasına baxmayaraq gözəl tar çalırdı. Bu qədər musiqiyə bağlı olmasına baxmayaraq Mirzə Fərəc ailə üzvlərinin musiqiylə məşğul olmağının
əleyhinəydi. Ona görə də Ağabacı Rzayevanı ilk başdan musiqiylə məşgul olmağa qoymayıblar.O, orta məktəbdə, daha sonra Pedaqoji Texnikumda oxumaq məcburiyyətində qalıb. Pedaqoji texnikumu bitirdikdən sonra bir müddət Bakının kəndlərində müəllim kimi fəaliyyət göstərməyə başlayir.Texnikumu bitirən A.Rzayevanın 17 yaşı yenicə tamam olmuşdu. İlk iş yeri Bakının kəndlərindən olan Saray kənd məktəbi olub.

O, məktəbdə dərs deməklə yanaşı Saray kəndinin kolxozunda savadsızlığı ləğv etmək üçün açılan oxuma-yazma kurslarında da dərs deməyə başlayır. Daha sonra Kürdəxanı, Maştağa məktəblərində də dərs deyən Ağabacını bir muddətdən sonra Bakıya, 44 saylı məktəbə müəllim keçirirlər. Amma musigiyə olan həvəs bütün bu illər ərzində onu bir an belə rahat goymurdu.O, işləyə-işləyə Bakıda fəaliyyət qöstərən Əbilov adına klubun tar dərnəyinə qedirdi.Dərnəyin rəhbəri,o zaman qənc musigiçi Səid Rüstəmov idi,Ağabacı da bu dərnəyin fəal üzvü olub. 1934-cü il Ağabacı Rzayevanın həyatını təmamilə dəyişdirən bir il oldu.

Babası Mirzə Fərəc vəfat edəndən sonra atası İsmayıl kişi qızları ilə musiqiylə məşgul olurdu. Ağabacı ilə bərabər tar çalır, gözəl səsə malik olan digər qızı Ruqiyyə xanımla da məşqlər edirdi. Bundan xəbər tutan ailənin dostu olan Ü.Hacıbəyli qızları görüb, qulaq asmaq istəyir.İsmayıl kişi hər iki qızını Üzeyir bəyin yanına gətirir.Əlbəttə ki, Azərbaycanlı qızlarının musiqi istedadını görən Üzeyir bəy hər ikisini də musiqi texnikumuna qəbul edir.Ağabacı tar sinifinə, Ruqiyyə isə kamança sinifinə qəbul olunurlar. Üzeyir Hacıbəyli ilə göruş Ağabacı Rzayevanın musiqi karyerasını müəyyənləşdirir və böyük bəstəkar ömrünün sonuna qədər sevimli tələbəsinin himayədarına çevrilir.

Musiqi texnikumunda A.Rzayevanın muğam müəllimi Mirzə Mansur,notla çalmaq üzrə müəllimi Səid Rüstəmov olur. Üzeyir bəy isə ona musiqi nəzəriyyəsindən dərs deyir.1935-ci ildə Ü.Hacıbəyli Ağabacını Xalg Çalğı Alətləri orkestrinə qəbul edir və onu birinci tarlar qrupunda oturdur.Uzun illər A.Rzayeva bu orkestrda fəaliyyət göstərir. Eyni zamanda ona musiqi texnikumunda da dərs saatları verirlər. A.Rzayeva bu orkestr ilə ilk dəfə 1938 –ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə iştirak edir. İlk əsərini Gənc vətənpərvərlər marşını da bu orkestr ücün bəstələyir. Təsadüfən bu əsəri eşidən Ü.Hacıbəyli Ağabacı Rzayevaya konsetrvatoriyanın bəstəkarlıq sinifinə daxil olmağı məsləhət qörur. Məsləhətlərindən biri də bu olur ki “Xalqını sev.Əsərlərini xalqın başa düşəcəyi dildə yaz ki,xalq da səni sevsin. Sən sübut etdin ki, qadın da bəstəkar ola bilər.”

Müəlliminin bu sözləri A.Rzayevanın yaradıcılıq kredosuna çevrilir və onun hər əsərində xalq ruhu, milli intonasiyalar bariz şəkildə oz əksini tapir. Bu istər onun mahnılarında olsun, istər romanslarında və istərsə də instrumental musiqisində olsun.  1941-ci ildə A.Rzayeva Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə daxil oıur. Əvvəlcə Üzeyir bəydə ,daha sonra Qara Qarayevin sinifində bəstəkarlıg dərsləri alır. Beləliklə deyə bilərık ki, A.Rzayeva nəinki
Azərbaycanda eləcə də bütün Şərgdə ilk professional qadın bəstəkar kimi musiqi tarixinə daxil olan simadır. 1942-ci ildə onu Azərbaycan Bəstəkarlar İttifaqına uzv seçirlər. Artıq o, daha məsuliyyətli,daha məhsuldar işləməyə başlayır.Biri-birinin ardınca mahnı-romanslar yazır. 40-cı illərin mahnı-romansları arasında Mirvarid Dilbazinin sözlərinə yazılmış “Partizan oğlu”,”Qəhrəman ananın qəhrəman oğlu” və s. göstərmək olar. 1944-cü ildə Tbilisi şəhərində keçirilən Zaqafqaziya Respublikalarının musiqi onqünlüyündə o vaxt Azərbaycanın qənc bəstəkarları olan Qara
Qarayev, Cövdət Hacıyev, Soltan Hacıbəyov, Fikrət Əmirovla birlikdə A.Rzayevanın da əsərləri böyük müvəffəqiyyətlə səslənmişdi. Onun orkestr üçün yazdığı “Yallı” instrumental əsəriylə yanaşı görkəmli müğənnimiz Bülbülün ifasında mahnı-romanslarından ”Gözləyirəm sevgilim”(sözləri Cəfər Xəndanın),”Gözlərin”(söz.İsmayıl Soltan), ”Dilbərim” (söz.ZeynalCabbarzadə) ifa olunmuş və böyük müvəffəqiyyət qazanmışdı.

Ümumiyyətlə A.Rzayeva o xoşbəxt sənətkarlardan idi ki, onun mahnı-romanslarını Bülbül, Şövkət Ələkbərova, Firənqiz Əhmədova, Rəhilə Cabbarova, Sona Aslanova kimi müğənnilər ifa etmişdilər.
A.Rzayeva söz sərrafı idi. Poeziyanı,şeriyyatı qözəl bildiyi ücün mahnı və romanslarında sözlərə böyuk əhəmiyyət verir, klassik şairlərə müraciət edirdi. Onun romanslarında daha çox Nizami Gəncəvi, M.Füzuli, İmaməddin Nəsimi, M.P.Vagif, X.Natəvan, M.Ə.Sabir,M.F.Axundov, Səməd
Vurğun, M.Müşfig, N.Hikmət və başgalarının şerlərinə rast qəlmək olur. Bəstəkar Rus poeziyasına da böyuk məhəbbətlə yanaşırdı.

Bir cox qözəl romanslarını Puşkin, Lermontov, Nekrasov şerlərinə yazmışdı. Elə Puşkinin “Oxuma gözəl” şerinə A.Rzayevanın yazdığı romans artıg Azərbaycan romansının klassik nümunəsinə cevrilmişdir.

A.Rzayeva musiginin diqər janrlarına da muraciət edib. Bəstəkarın yaradıcılıq portfelində həmkarı İsmayıl Quliyevlə birlikdə yazdığı “Höcət eləmə” musiqili komediyası,bir sira instrumental əsərlər, Xalg Çalğı Alətləri üçün “Şənlik süitası”,”Rəqs”,”Yallı”,”Cəngi”,simli kvartet üçün variasiyalar, tar, kamança, qaboy üçün pyeslər və s. əsərlər vardır.

Bütün bu əsərlərdə bəstəkarın özünə məxsus dəsti-xətti hiss olunur.Onun musiqi dili sadə,harmoniyaları dolğundur.Xalq musiqisinə yaxınlıq,həzin melodiya əsərlərinin qayəsini təşkil edir. A.Rzayeva yaradıcılığında uşağ musiqisi əhəmiyyətli yerlərdən birini tutur. Bəstəkar gənc dostları olan məktəbliləri,kicik yaşlı uşaqları unutmayaraq onlar uçun biri-birindən gözəl mahnılar yazmışdı.”Kukla”,”Qaranquş”,”Pioner qalstuku”,”Bakı metrosu”,”Qərənfiləm mən”,”Ağ göyərçinim”,”Balaca kapitan” və s. Bütün bu mahnılar bu günə gədər də öz əhəmiyyətini itirməyib, məktəb proqramlarında öz yerini tutub və uşaqların sevimli mahnılarına çevriliblər.Çunki,bəstəkar A.Rzayeva bu mahnıları uşaqların anladığı dildə yadda qalacağı tərzdə yazıb,melodiyalarının gözəlliyi ilə onları özünə cəlb edib. O, şairə Mirvarid Dilbazi ilə birlikdə uşaglar üçün “Günəş eşgi” adlı musiqili tamaşa da yazıb.

Mahnı janrı musiqinin mürəkkəb formalarından biridir. Çünki,kiçik bir əsərdə böyük bir fikri ifadə etməyi hər bəstəkar bacarmır. Mahnı janrının öz formaları, öz üslubları var. Bəstəkar A.Rzayevanın yaradıcılığının əsas və ən böyük bir qolunu mahnı və romanslar təşkil edir. Onun yazdığı hər bir romansı hər bir mahnısı ilk ifasından xalq tərəfindən sevilib,dillər əzbəri olub. Mahnilarına diqqət yetirsək, onların muxtəlif məzmunlu,müxtəlif əhval-ruhiyyəli olduğunu görürük.Əmək adamlarını,neftçiləri,tarla qəhrəmanlarını əks etdirən mahnılar arasında “Muğan qızı”,”Tarla dilbəri”,”Neftçi Qurban”,”Çoban Qara” və başqalarını göstərmək olar.
 
A.Rzayeva 10 mart 1964-cü il “Sovet kəndi” qəzetində yazırdı ki “Mən bu mahnıları yazmazdan əvvəl ayrı-ayrı kəndlərə gedir, kolxozçuların həyatı ilə yaxından tanış oluram. Əlbəttə ki, bu da əsərlərimə öz müsbət təsirini göstərir. Yaxşı yadımdadır,rayonların birində qoyunçuluq fermalarında çobanlarla görüsüb , qoyun-quzuların içində qəzib,təmiz dağ havasını udandan sonra yazdığım “Çoban Qara” mahnısı daha real,daha təsirli çıxdı”. O, qəhrəman neftçilərimizi də unutmayıb. 50-ci illər yaradıcılığına nəzər salanda qörürsən ki, bəstəkarın neftçilərə həsr olunmuş bir sıra silsilə mahnıları vardır.”Neftçilər”,”Bizim Fərman”,”Məzəli neftçi”,”Neftçi Qurban” bu qəbildən olan mahnılardır. Mahnılarını yazarkən şairlərlə birlikdə işləməyi xoşlayan bəstəkar, özü də bir sıra mahnılarına sözlər yazmışdı. Məsələn, “Durna qatarlı qızlar”,”Bizim sahə milisi” və s.

Əmək mahnılarıyla yanaşı A.Rzayevanin yaradıcılığının böyük bir qismini lirik mahnılar tutur. Onların arasında dillər əzbəri olan “Evimizə gəlin qəlir”,”Toy mahnısı”,”Telli sazım”,”Kəklik”,”Şuşanın yolları” və başqalarını göstərmək olar. A.Rzayeva ictimai xadim kimi də fəaliyyət göstərmişdi. Azərbaycanın rayonlarında keçirilən Xalq yaradıcılığına baxışlarda,olimpiadalarda jüri kimi iştirak edib,xalq istedadlarını üzə çıxarmış, onların Bakıda təhsil almalarına köməklik göstərmişdi. Tanınmış xanəndəmiz Qulu Əsgərov hər zaman A.Rzayevanı dərin minnətdarlıq hissi ilə yad edib deyirdi ki, onun Bakıda təhsil almasında, professional səhnəyə qəlməsində Ağabacı xanımın böyük rolu
olub. Çunki,Q.Əsgərov da bir çox istedadlı gənclər kimi A.Rzayevanın xalq istedadları arasından tapıb gətirdiyi kadrlardan biri idi.

O,üç dəfə 1950,1953,1955-ci illərdə Bakı Sovetinə deputat seçilmiş,1963-cü ildə isə Ali Sovetin deputatı olmuşdu. Arxiv materiallarından bəlli olur ki,A.Rzayeva bir deputat kimi çox fəal olub. Buna sübut onun seçicilərinin məktubları və onlara görulən işlər haqqında olan məlumatlardır. Deputata olan müraciətlərin heç biri diqqətdən kənarda qalmayaraq, öz həllini tapıb. A.Rzayeva da sağlığında diqətdən kənarda qalmayıb.

O, 1960-cı ildə Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görulüb, 1972-ci ildə anadan olmasının 60 illiyi münasibətiylə “Şərəf nişanı” ordeni ilə təltif olunub. Dahi Ü.Hacıbəyli yadigarı, gözəl mahnılar müəllifi A.Rzayeva 1975-ci il, iyul ayının 5-də 63 yaşında Bakıda dünyasını dəyişib.

 





25.12.2012    çap et  çap et