525.Az

Azərbaycanın hərbi mühəndisləri yeni havadan müdafiə sistemi yaradıblar


 

Azərbaycanın hərbi mühəndisləri yeni havadan müdafiə sistemi yaradıblar<b style="color:red"></b>

Azərbaycanın hərbi mühəndisləri tərəfindən yaxın məsafəli havadan müdafiə sistemi yaradılıb.
 
Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

Motoatıcı bölmələrin havadan müdafiəsini təmin etmək məqsədilə yaradılmış sistemin artıq təcrübi nümunəsi hazırdır. Döyüş maşınlarının üzərinə yerləşdirilən bu sistem həm alçaq məsafədən uçan hədəflərə, həm də yerüstü hədəflərə qarşı tətbiq oluna biləcək.
 
Yeni havadan müdafiə sisteminə 2 lüləli, 14.5 mm çaplı pulemyot və 2 ədəd «Strela-1» tipli daşınan zenit-raketi kompleksi daxildir. Pulemyot və zenit-raket kompleksinin birləşdirildiyi qüllə 360 dərəcə bucaq altında fırlanaraq hədəfləri müşayiət edə bilir.
 
Paralel yerləşdirilmiş pulemyotlar 75 dərəcə, «Strela-1»kompleksi isə 85 dərəcə bucaq altında hədəflərə atəş açmaq imkanlarına malikdir.

 





26.12.2012    çap et  çap et