525.Az

Pomidor turşusundan daha bir zəhərlənmə faktı


 

Pomidor turşusundan daha bir zəhərlənmə faktı <b style="color:red"></b>

Pomidor turşusundan növbəti zəhərlənmə faktı qeydə alınıb.

Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala Mərkəzi Rayon Xəstəxanasından məlumat verilib.
 
Saatlı rayon sakinləri, 1991-ci il təvəllüdlü Əliyev Samir Salman oğlu və 1983-cü il təvəllüdlü Salehov Mirzə Mirsaleh oğlu zəhərlənmə diaqnozu ilə Zaqatala MRX-na daxil olublar. İlkin müayinə zamanı onların Balakən rayonunun Katex kəndində iş yerində evdə hazırlanmış pomidor turşusundan zəhərləndikləri məlum olub. İlkin yardım göstərildikdən sonra onlar müalicələrini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər.
 
Qeyd edək ki, son vaxtlar Azərbaycanda pomidor turşusundan zəhərlənmə halları artıb.

 





27.12.2012    çap et  çap et