525.Az

Bakıda küçənin ortasında qadın ölümcül döyüldü


 

Bakıda küçənin ortasında qadın ölümcül döyüldü<b style="color:red"></b>

Bu gecə saat 02:30 radələrində Bakının Binəqədi rayonu ərazisində 40 yaşlı qadın ölümcül döyülüb.
 
Binəqədi rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Biləcəri qəsəbəsində baş verib.

Belə ki, 1972-ci il təvəllüdlü Gülşən Bayramova küçənin ortasında möhkəm döyülüb. Onu huşsuz vəziyyətdə xəstəxanaya yerləşdiriblər. Hələlik qadının kim tərəfində və nə səbəbə döyülməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

 





27.12.2012    çap et  çap et