525.Az

Ermənistanın Parisdəki səfirliyi qarşısında etiraz aksiyası keçirilib


 

Ermənistanın Parisdəki səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Azərbaycan və Türkiyə diaspora qurumları Ermənistanın Parisdəki səfirliyinin qarşısında etiraz aksiyası keçirib.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Fransa Türk Federasiyası tərəfindən təşkil edilən aksiya Almaniya və Hollandiyadakı Azərbaycan təşkilatları tərəfindən dəstəklənib. Tədbir yerli vaxtla səhər sat 08-də başlayıb.

Qeyd edək ki, Fransadakı erməni icması Azərbaycan prezidenti İlham Əliyevin bu ölkəyə səfərinə etiraz əlaməti olaraq bu axşam Azərbaycanın Parisdəki səfirliyi qarşısında etiraz aksiyası keçirməyə hazırlaşır. Azərbaycan və Türkiyə təşkilatlarının aksiyası da buna cavabdır.

 





18.09.2012    çap et  çap et