525.Az

“Beynəlxalq jurnalistikadakı proseslər, tendensiyalar özünü Azərbaycan mediasında da göstərir”


 

“Beynəlxalq jurnalistikadakı proseslər, tendensiyalar özünü Azərbaycan mediasında da göstərir”<b style="color:red"></b>

DOSENT VÜQAR ZİFƏROĞLU: “ÖZ QƏRƏZLİ AMBİSİYALARI NAMİNƏ JURNALİSTİKAYA GƏLMİŞ TƏSADÜFİ İNSANLAR MƏTBUATDAN UZAQLAŞDIRILMALIDIR

Müsahibimizistedadlı gənc alim, Bakı Dövlət Universitetinin beynəlxalq jurnalistika kafedrasının dosenti Vüqar Zifəroğlu ilə söhbətimiz mətbuatımızın bugünkü vəziyyəti, beynəlxalq jurnalistika ilə müqayisəli təhlili, problemləri perspektivləri, jurnalist hazırlığının müasir durumu kimi vacib mövzulara həsr edilib.

Necə oldu ki, praktik jurnalistikadan daha çox, auditoriyada nəzəriyyəçi müəllim kimi fəaliyyət göstərməyə başladınız?

Tələbəliyimdən başlayaraq 1997-98-ci illərdən praktik jurnalistika ilə məşğul olmuşam. Bir sıra mətbuat orqanları ilə əməkdaşlıq eləmişəm. Sonra ali təhsilimi davam etdirmək məqsədilə magistraturaya daxil oldum, elmi götürmək arzum yarandı. Elə oldu ki, namizədlik dissertasiyası ilə bağlı araşdırmalar aparmaq üçün qismən praktik jurnalistikadan aralanmalı oldum. Sonra da indiki istiqaməti seçmək qərarına gəldim. Namizədlik dissertasiyamBeynəlxalq jurnalistikada etik normalar Azərbaycan mətbuatımövzusunda olub. 2005-ci ildə müdafiə eləmişəm. Amma nəzəriyyə ilə məşğul olmağım o demək deyil ki, praktik jurnalistikadan tamam imtina eləmişəm. Özümü həm praktik jurnalist hesab edirəm. qədər nəzəriyyə ilə məşğul olsa da jurnalist özünü qələmi ilə təsdiqləyir. Yəni o, yazmalı, araşdırmalı, məqalələrini ortaya qoymalıdır. Dövri mətbuatda tez-tez olmasa da, internet mediada yazılarımla müntəzəm çıxış edirəm. Araşdırmalarım, köşələrim sosial media vasitəsilə geniş yayılır. 

Bayaq namizədlik dissertasiyanızın mövzusunu xatırlatdınız. Elə bu aspektdən yanaşaraq beynəlxalq jurnalistika ilə Azərbaycan mətbuatının müqayisəli təhlilini verməyinizi istərdik.

Beynəlxalq jurnalistikada qəbul edilən ümumi kanonlar, norma prinsiplər hansı ölkədə yaşamağından, hansı ölkənin jurnalistikasından söhbət açmağımızdan asılı olmayaraq qəbul olunmalıdır jurnalist peşə fəaliyyəti zamanı bunlara əməl etməlidir. Buraya obyektivlik, dəqiqlik, qərəzsizlik, vicdanlılıq, ümumbəşəri dəyərlərə ehtiram kimi jurnalistikanın ən başlıca prinsipləri, normaları aiddir. Bunlar eyni zamanda beynəlxalq jurnalistikanın tərkib hissəsi olan milli mətbuatımıza da şamil olunur. Beynəlxalq jurnalistikada gedən proseslər, tendensiyalar təbii olaraq özünü Azərbaycan mediasında da  göstərir. Amma beynəlxalq jurnalistikada oxucularımızla bölüşmək istədiyim maraqlı bir məqam var. Məsələn, beynəlxalq jurnalistikada belə bir istiqamət var; ölkənin jurnalistikası onun müəyyən tarixi inkişaf səviyyəsindən asılı olmayaraq hər hansı bir normanı özünün spesifikliyi ilə qabardır. Fikrimi konkret misallarla əsaslandırım. Məsələn, yapon jurnalistləri üçün ən başlıca normalardan biri müharibənin yolverilməzliyi prinsipidir.

Müharibədən başları çəkib, ona görə?

Tamamilə doğrudur. İlk atom bombasının hədəfi olan bir ölkə kimi bu amil oranın jurnalistikasında da qabardılır. Hindistan jurnalistləri üçün bir nömrəli kanon vətənpərvərlik milli dövlətçilik hisslərinin aşılanması, qorunmasıdır. Səbəbi uzun müddət ingilis müstəmləkə zülmündən əziyyət çəkmələridir. Burada azadlıq hərəkatı olub, Qandi sair. Yaxud Balkan jurnalistlərində ən başlıca prinsip milli, irqi diskriminasiyanın yolverilməzliyi təşkil edir. Amma belə tendensiyalar da var ki, beynəlxalq normalar lokal, məkanın özü üçün xarakterik olan jurnalist təşkilatları tərəfindən əsas qayə kimi (ümumi standartları çıxmaq şərti ilə, onlar başlıcadır) qabardılır. Bu baxımdan jurnalist etikasını biz çox mürəkkəb sistem kimi təsəvvür eləməliyik. Jurnalist etikası peşə etikası xidməti etikaya bölünür. Peşə etikasında əgər normalardan söhbət gedirsə, xidməti etika artıq sırf olaraq jurnalistin həmkarları ilə münasibətlərini tənzimləyən davranışlar toplusudur. Biri peşə yaradıcılığını istiqamətləndirirsə, digəri davranışı tənzimləyir. Bu baxımdan da jurnalist etikası çox maraqlı bir mövzudur. Mövzunun maraqlı olması məni onu dərindən araşdırmağa vadar etdi.

Sizin fikrinizcə, beynəlxalq jurnalistika prinsipləri ilə bağlı Azərbaycan mətbuatında hansı tendensiya özünü qabarıq büruzə verir?

Azərbaycan mətbuatında normalara əməl edilməsi problemləri mövcuddur. Namizədlik dissertasiyamda da müqayisələr apararaq bəzi qəzetlərin məqalələrini geniş təhlil etmişəm. Bizdə problem bundan ibarətdir; bəzən informasiyanın özününküləşdirilməsi texnologiyasının həyata keçirlməsində yanlışlıqlara yol verilir. Hansısa etibarlı bir mənbədən informasiya alınır, həmin mənbəyə istinad edərək informasiya olduğu kimi təqdim olunur-bu əslində, düzgün deyil. İnformasiyanı özününküləşdirmək üçün məlumatda adı çəkilən tərəflərlə əlaqə yaratmaq, məsələyə münasibətini öyrənmək vacibdir. Yalnız bundan sonra informasiyanı özününküləşdirmək olar. Bu gün informasiya portallarına baxırıq, mən ixtisasımla bağlı olaraq daimi izləməli oluram. Bizim aparıcı portallarda kriminal xəbərlər, qətl tarixçələri, insanda psixoloji depressiya yaradan məqamlar üstünlük təşkil edir. Fikir verirsinizimi, son vaxtlar gənclər arasında özünəqəsd halları necə artıb? Hesab edirəm ki, bu sırf medianın psixoloji təsiri ilə bağlı məsələdir. Medianın şüuraltına təsir elementləri çox böyükdür güclüdür. Medianın insan psixologiyasına təsiri ilə bağlı xaricdə geniş araşdırmalar aparılır. İnformasiya manipulyasiyası vasitəsilə cəmiyyətə güclü təsir göstərilir. Doktorluq mövzumİnformasiyanın manipulyasiyası onun Azərbaycan mediasına təsiridir. Bununla bağlı apardığım araşdırmalar zamanı ortaya maraqlı faktlar çıxır. Xarici nəzəriyyəçilərin əsərlərindən öz qeydlərimi götürərkən bir daha əmin oluram ki, media böyük silahdır, gücdür.

Yəqin elə bu səbəbdən ingilis nəzəriyyəçisi mətbuatı dördüncü hakimiyyət adlandırıb?

Tamamilə doğrudur. Həqiqətən mətbuat kütləvi təsir gücünə malik bir hakimiyyətdir. Belə bir məqamda biz yalnız yalnız zorakılıqla, qətlllərlə müşayiət olunan cinayət xronikasını oxuyuruq. Bütün bunlar insanlarda mənən, ruhən depressiya yaradır, sabaha inamı zəiflədir, ümidləri qırır. Gənclər bu kimi informasiyalarla tanış olurlar, bu, onlara çox mənif təsir edir, nəticədə cinayətlər suqəsd halları artır. Yaxud digər bir faktı deyim. 21 dekabrla bağlı dünyada az qala bir kütləvi psixoz yaranmışdı. Bu psixozun yaranmasının əsas səbəbkarı faktiki olaraq mediadır. Çünki sensasiya, şok effekti yaratmaq naminə bu təbliğatı aparan mediadır. Bu ilk növbədə peşə etikasının pozulmasıdır desək, yumşaq ifadə olar, bu, peşə etikasının ən pis şəkildə tapdalanmasıdır, sayılmamasıdır. Bu gün gözəl, maraqlı, sosial yönümlü, tariximiz, mədəniyyətimizlə bağlı, yaxud problemləri işıqlandıran araşdırmalarla, maarifləndirici, analitik yazılarla da oxucu auditoriyasını cəlb eləmək olar. Kriminal xəbərlərin, insanlarda ruh düşkünlüyünə, pessimizmə səbəb olan xəbərlərin ön plana çıxarılması yolverilməzdir.

Ümumiləşmiş fikrinizdən belə anladım ki, mətbuatımızda pessimizmin üstünlük təşkil etdiyi qənaətindəsiniz.

Ümumən, mətbuatımızda deməzdim, amma əsasən İnternet saytlarda, portallarda belədir. Mətbuatın digər sahələrində bu nisbətən azdır, amma onlayn mediada ifrata varılıb.

Fikrinizcə, çap mətbuatında ən çox hansı tendensiyalar özünü göstərir?

Print mediasında daha çox siyasiləşmə nəzərə çarpır. Çap mətbuatında etik satndartlara əməl olunmasını vacib hesab edirəm. Hər hansı bir informasiya verilibsə, şübhəsiz ki, həmin məlumat birmənalı şəkildə dəqiqləşdirilməlidir. Dəqiqləşdirilməmiş informasiyanın verilməsi peşə etikasına ziddir. Bizdə bəzi jurnalistlər informasiya əlinə keçən kimi onu heç dəqiqləşdirməyə ehtiyac duymadan mətbuatda auditoriyaya təqdim edirlər. Bu da auditoriyanın yanlış istiqamətə yönəldilməsidir. Jurnalist cəmiyyətlə informasiya arasında ötürücüdür, vasitədir. Bir vasitə olaraq o informasiyanı dəqiq qərəzsiz şəkildə oxucuya çatdırılmasını təmin etməlidir. Bizdə bəzən belə olmur.

Deyirsiniz yəni, bəzi jurnalistlərimiz informasiya ötürülməsi zamanı katalizator rolunu oynayır?

 Təəssüf ki, belədir. Bəzi jurnalistlərimiz qaşınmayan yerdən qan çıxarmağa səy göstərirlər. Bu da çox zaman ondan irəli gəlir ki, jurnalist peşə davranışı qaydalarından xəbərsizdir. Qeyri-peşəkarlıq da burada öz rolunu oynayır. Düzdür, yazı yazmaq qabiliyyəti hər insanda olmur. Amma unutmayaq ki, sadəcə oturub isə yazan da jurnalist deyil. Jurnalistin müəyyən nəzəri bazası da olmalıdır, kanonlara, standartlara əməl eləməlidir.

Dediyiniz mətbuat problemlərinin bir qisminin qeyri-peşəkarlıqla bağlı olmasını qeyd elədiniz. Bunun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Bu gün jurnalistika çox populyarlaşıb. Elə buna görə mətbuata axın var. Qeyri-peşəkarlığın yayılmasının qarşısını alınmasında peşəkar jurnalistlərin üzərinə böyük bir düşür. Bununla bağlı bir sıra tədbirlər həyata keçirilməlidir. Öz şəxsi mənafeyi, qərəzli ambisiyaları naminə jurnalistikaya gələn təsadüfi insanlar mətbuatdan uzaqlaşdırılmalıdır.

İndi jurnalistika çox populyarlaşıb. Elə buna görə mətbuata axın var. Qeyri-peşəkarlığın yaylımasının qarşısının alınmasında peşəkar jurnalistlərin üzərinə böyük bir düşür. Bununla bağlı bir sıra tədbirlər həyata keçirilməlidir. Öz şəxsi mənafeyi, qərəzli ambisiyaları naminə jurnalistikaya gələn təsadüfi insanlar mətbuatdan uzaqlaşdırılmalıdır.

Belə bir uzaqlaşdırılma hansı yolla aparılmalıdır?

Bu daha çox jurnalist təşkilatlarının üzərinə düşən bir işdir. Jurnalist etikası özünütənzimləmə mexanizmidir. Burada hüquqi tənzimləmədən söhbət getmir. Jurnalistlər problemi özləri öz aralarında həll eləməlidirlər. Həm ciddi şəkildə. Bu həm mənəvi məsələdir. Burada mənəvi təsir məsələsi qabardılmalıdır. Bu gün bəzi qəzetlərdə işləyən jurnalistlər, xüsusilə müxalifət mətbuatının jurnalistləri, haradansa bir informasiya alan kimi heç dəqiqləşdirməyə ehtiyac duymadan birbaşa təqdim edirlər. Əgər jurnalist təqdim olunan məlumatı heç olmasa özü üçün araşdırıb dəqiqləşdirmirsə, o necə özünə jurnalist deyə bilər? Bəziləri heç düşünmürlər ki, bəlkə elə bu informasiyanı mənim vasitəmlə cəmiyyətə ötürülməsində məndən istifadə edirlər? Bəli, çox zaman da bəzi jurnalistlərimizdən istifadə edirlər. Peşəkarlıq həm informasiya mənbəyi ilə işləmək qabiliyyətidir. Mənbə ilə işləmək prinsiplərinə riayət eləmək hər bir jurnalist üçün vacibdir. Burada jurnalist qurumları tərəfindən monitorinqlər təşkil edilməlidir, araşdırmalar aparılmalıdır. Mətbuat Şurasının ildən-ilə uzananqara siyahısıreketçiliyin artıq qədər inkişaf etdiyini göstərir. Jurnalistikadan şantaj vasitəsilə pul qazanmağa səy göstərmək tamamilə medianın fəlsəfəsinə ziddir. Bu, həm təmiz işləyən, peşəkar jurnalistlərimizin adına da ləkədir. Hər qədər problemlər olsa da, jurnalistin qələmi pula satıla bilməz, jurnalist şantajçı, reket deyil ki? Jurnalist cəmiyyətdə baş verən hadisələri işıqlandıran, problemləri ictimailəşdirən bir institutdur. Burada yalnız şəxsi mənafeyini düşünüb hansısa əyri yollarla pul qazanmaq jurnalistikanın mahiyyətinə ziddir. Bəzən deyirlər ki, reketçiliylə məmurun düzgün işləməməsi zəmin yaradır. Razıyam, amma şəratmanı, böhtanı, qarayaxmanı da qeyd etmək lazımdır axı? Bu gün beləjurnalistlər yoxdurmu? Təəssüf ki, var. Halbuki beynəlxalq jurnalistikada şəxsi həyatın toxunulmazlığı, şərəf ləyaqətin alçaldılmasının yolverilməzliyi əsas prinsiplərdən hesab olunur. Bu prinsiplərə ciddi şəkildə əməl olunmalıdır. Bütün beynəlxalq jurnalist qurumlarının hamısının peşə davranış kodekslərində birmənalı şəkildə adını çəkdiyim prinsiplərə əməl olunmasının vacibliyi vurğulanır. Bunlara sayğısızlıq ilk növbədə insanın yaşamaq hüququnun pozulmasıdır. Bundan önəmli ola bilər? Bütün bunlara görə təəssüf ki, bəzən bu gün jurnalis adı cəmiyyətdə şantajçı məfhumu ilə birgə assosiasiya olunur. Nəticədə bizim peşəmiz, təmiz işləyən, öz qələminə sadiq olan peşəkar həmkarlarımız gözdən düşür. Ona görə bir daha vurğulamaq istəyirəm ki, burada daha çox mənəvi təsir gücündən istifadə edilməlidir. Əlbəttə, müəyyən qanunların qəbulu da vacibdir. Bu günDiffamasiya haqqında qanunla bağlı söhbətlər aparılır. Amma qeyd edək ki, günahsızlıq prezumpsiyası da ən azı bu qanun qədər vacibdir. Peşə etikasında ən vacib detallardan biri günahsızlıq prezumpsiyasıdır. Bir insan haqqında məhkəmə hökmü olmadan, rəsmi hökm çıxarılmadan onu günahkar elan eləmək olmaz. Bu beynəlxalq jurnalistikanın bir nömrəli standart qanunlarından biridir. Diffamasiya ilə bağlı qanun qəbul edilməmişdən qabaq düşünürəm ki, jurnalistlərin hüquqi maarifləndirlməsi məsələsinə diqqət yetirilməlidir. Peşə davranışının istiqamətləndiriməsi iki formada gedir: özünütənzimləmə hüquqi tənzimləmə prosesi əsasında. Bəzən bizdə jurnalistin fəaliyyətinin hüquqi tənzimlənməsini onun hansısa qəlibə salınması, yaxud söz fikir azadlığının məhdudlaşdırılması kimi qəbul edirlər. Amma qətiyyən belə deyil. Bir misal deyim: Böyük Britaniyada tirajın müəyyən həddini keçdikdən sonra dövlətdən icazə almaq tələb olunur. İndi bunu belə qəbul edək ki, orada jurnalistikada məhdudlaşdırma aparılır? Bu gün çoxumuz Böyük Britaniyanı, onun jurnalistika məktəbini kanon kimi qəbul edirik. Bütün sivil ölkələrdə hüquqi tənzimləmələr mövcuddur. Hüquqi tənzimləmələrdən kənara çıxmaq olmaz, çıxılsa, böyük xaos, anarxiya yaranar. “Diffamasiya haqqında qanuna gəlincə, bu barədə fikrim belədir ki, bu qanun istənilən halda qəbul edilməlidir. Amma bir məsələ var ki, zənnimcə, cəmiyyətdən daha çox jurnalistlərimiz bu qanunun qəbuluna hazır deyillər. Qanunun qəbulundan əvvəl həm cəmiyyətdə, həm jurnalistlər arasında geniş maarifləndirmə işi aparılmalıdır. Problemə hərtərəfli yanaşmaq zəruridir. Qanunu qəbul eləmək asandır, lakin sonrasını da fikirləşmək lazımdır.

Mətbuatımzda hazırki fikir, söz azadlığı, plüralizmin təmini sizi qane edirmi?

Mətbuatımızdakı fikir, ifadə, söz azadlığının hazırki durumu məni qane edir. Bu gün mətbuatımızın istənilən istiqamətinə nəzər saldıqda rəngarəngliyi görmək mümkündür. Siyasi yönümdən asılı olmayaraq mətbuat orqanları çap edilir. Hər kəs istədiyi fikri, arzuladığı formada ifadə etmək imkanına malikdir. Mətbuat azadlığının bəzən iddia edildiyi kimi hər hansı bir basqıya uğramasının şahidi olmuruq. Bu gün Azərbaycan qanunvericiliyinə görə 18 yaşına çatan istənilən şəxs qəzet təsisi edə bilər, ən azından bloq açıb fəaliyyət göstərmək, orada istədiyini yazmaq imkanı var. Sosial media, bloq jurnalistikası bu gün çox inkişaf edib. Belə olan bir şəraitdə söz ifadə azadlığının basqı altında olmasından şikayətlənənləri başa düşmürəm. Faktiki olaraq hər şey göz qabağındadır, belə bir basqıdan söhbət belə gedə bilməz.

Sosial medianın inkişafından, bloq jurnalistikasından söz açdınız. Bu gün cəmiyyətimizin bu istiqamətlərə ehtiyacı hansı səviyyədədir?

Bunlar artıq jurnalistikada janrların transformasiyasıdır. Texnologiyaların inkişafı, cəmiyyətin yeniləşməsi ilə bağlı jurnalistika da yavaş-yavaş simasını dəyişir. Jurnalistika həddindən artıq dinamik bir sahə olduğu üçün cəmiyyətdə gedən bütün dəyişmələrə çevik reaksiya verir. Mətbuat hər gün inkişaf edir. Bu dəyişikliklər gedəcək onları normal qəbul etmək lazımdır. Lakin əlbəttə ki, maarifləndirmə işi aparılmalı, ümumilikdə onların doğru istiqamətləndirilməsi təşkil olunmalıdır. Qloballaşan dünyanın tərkib hissəsi kimi bu dəyişikliklərə adaptasiya olmalıyıq. Bu gün beynəlxalq jurnalistikanın daha ciddi problemləri var. Qlobal informasiya məkanında informasiyanın tək əldə, monopoliyada cəmləşməsi bu gün beynəlxalq jurnalistikanı narahat edən əsas məsələdir. Beynəlxalq Jurnalistlər Federasiyası hələ 2001-ci ildə Seulda bir konfrans keçirmişdi. Onlar həmin vaxt SOS bəyanat yaydılar ki, hazırda qlobal informasiya məkanı ABŞ Qərbi Avropaya aid olan bir ovuc media holdinqin nəzarəti altındadır. Bununla onlar beynəlxalq jurnalist təşkilatlarının diqqətini bu istiqamətə yönəltməyə çalışdılar. Bu gün faktdır ki, nəhəng media holdinqlər informasiyadan öz maraqları, öz dövlətlərinin mənafeləri üçün istifadə edirlər. Suriyada baş verən hadisələri bu gün Rusiya, Türkiyə, İran, Qərbi Avropa ABŞ mətbuatı tam fərqli istiqamətlərdən şərh edir. Fərqli mövqelər ortaya qoyulur, adi informasiya fərqli tonlarla, müxtəlif üslublarda təqdim olunur. Burada sözün seçilməsi təqdim olunması da böyük təsir gücünə malikdir. Ümumiyyətlə, hansısa ölkənin mətbuatını meyar olaraq seçmək doğru deyil. Nəzərə alaq ki, azadlıq özü belə nisbi anlayışdır. Mütləq azadlıq yoxdur. Mətbuat azadlığı anlayışı da həmçinin. Mütləq azadlıq dağıdıcıdır, sivil cəmiyyət bunu qəbul edə bilməz. Bütün bunlar göstərir ki, informasiya çox qiymətli əmtəədir, getdikcə qiyməti daha da qalxacaq. Bu da mətbuatın cəlbedicilyini artırır, buraya kütləvi axını şərtləndirir.

Bu gün media kuluarlarında daha çox print mətbuatının sıradan çıxacağı ilə bağlı fikirlər dolaşır...

Ümumiyyətlə, hazırda dünyada çap məhsullarının iqtisadi problemi mövcuddur. Bu, dünyada baş verən bir prosesdir. Bunu qəbul etmək lazımdır. Bu gün bütün dünyada internet media çap məhsullarını sıxışdırıb. İngiltərə kimi ənənəvi, klassik mətbuata marağın böyük olduğu bir ölkədə ( demək olar, elə bir ingilis yoxdur ki, səhər yeməyində qəzetləri vərəqləməsin) mətbuat orqanlarının tirajı xeyli aşağı düşüb. Bununla bağlı bu gün nəzəriyyəçilər tərəfindən müzakirələr aparılır. Onlayn media hazırda mətbuatda üstünlüyü ələ alıb. Lakin bu, o demək deyil ki, internet jurnalistikası çap mətbuatını tamamilə sıradan çıxaracaq. Çünki internet mediada rəqabət, operativlik var. Yeni dövrün insanı informasiyanı tez zamanında almaq istəyir. Həyatımız, yaşam tərzimiz sürətlənib, ümumiyyətlə, ətrafımızda varsa, sürətlənib. XXI əsr sürət əsridir. Çap mətbuatı isə klassik formadır. Amma buna rəğmən qəzetlərin tamamilə sıradan çıxağına inanmıram. Ola bilər ki, forma məzmunda dəyişikliklər olsun, məncə, daha çox analitik formaya keçid baş versin. Reklam bazarının məhdud olması ilə bağlı deyilənlərə gəlincə, bir sahibkar, yaxud biznesmen, 2 minlik tirajı olan bir qəzetdənsə, 15 minlik İP girişi olan hansısa internet portalında məhsulunun reklam olunmasını istəyəcək. Biznesmen öz maraqlarını qorumaq məcburiyyətindədir, bu, reallıqdır. Burada qeyri-adi heç yoxdur.

Pedaqoq kimi jurnalist hazırlığından, tələbələrin səviyyəsindən razısınızmı?

Tələbələrimdən razıyam. Əgər bir müəllim öz tələbələrindən narazılıq edirsə, yəqin burada artıq problem müəllimin özündədir. Tələbədən narazılıq etmək düz deyil. Düzdür, auditoriyada jurnalistikaya marağı olmayanlar da var. Elələri var ki, başqa ixtisasları yazıblar, balları çatmayıb jurnalistikaya qəbul olunublar. Ona görə burada bir nüansı xüsusilə qeyd etməliyəm. Fikrimcə, jurnalistikaya qəbul zamanı test imtahanından əvvəl abituriyentlər mütləq qabiliyyət, yazı imtahanından keçməlidirlər. Bu zaman məhz jurnalistikaya lazım olan abituriyentlər seçiləcək. Amma müəllim olaraq maksimum çalışırıq ki, təhsil aldıqları dörd il ərzində tələbələrin jurnalistikaya marağını artıraq. Bəzən bu, alınır. Elə tələbə tanıyıram ki, gələndə heç həvəsi yox idi, peşmançılıq hissi keçirirdi. Amma müəllimlərin bəziləri ilə ünsiyyətdən sonra, bəzi dərslərdən sonra jurnalistikaya marağı artır, yazmağa başlayır, özünü sınayır uturlu nəticələr əldə edir. Ancaq təbii, elələri var ki, yazmır, yazmaq istəmir, həvəsi yoxdur. Beləsində qədər həvəs yaratmağa çalışsaq da, aparsaq da alınmır ki, alınmır. İnsanın daxilində yazmağa, mətbuata maraq, həvəs, fəhm yoxdursa, isə eləmək əbəsdir. Aşağı kurslarda oxuyan elə istedadlı, aktiv gənclərimiz var ki, özləri informasiya portalları yaradırlar, bloqları var, bir yerə toplaşıb qəzet çıxarmaq fikrinə düşürlər. Belə tələbələrimizlə fəxr edirik. Ancaq başqa bir ümidverici faktı qeyd edim. İldən-ilə jurnalistika fakültəsinə qəbul olunanların arasında sırf mətbuata olan marağına, jurnalistikaya sevgisinə görə bu ixtisası seçənlərin sayı sürətlə artır. Bu tendensiya son 2-3 ildə aydın hiss olunur. Bu da mətbuatımızın işıqlı gələcəyinə, inkişafına böyük ümid yaradır.

Sevinc MÜRVƏTQIZI

 





27.12.2012    çap et  çap et