525.Az

Atəşkəs pozulub


 

Atəşkəs pozulub<b style="color:red"></b> Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində bir neçə istiqamətdə atəşkəs pozulub.

Azərbaycan Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Horadiz, Ağdam rayonunun Cəvahirli və Kəngərli, Tərtər rayonunun Qızıloba, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.
 





28.12.2012    çap et  çap et