525.Az

Sevinc Babayevanın “Medicana İnternational” Klinikasında öldüyü təsdiqlənib


 

Sevinc Babayevanın “Medicana İnternational” Klinikasında öldüyü təsdiqlənib<b style="color:red"></b>

Sevinc Babayevanın Türkiyədə hospitallardan birində öldüyü təsdiqlənib.

 APA-nın Türkiyə bürosunun xəbərinə görə, S. Babayeva dünən səhər saatlarında İstanbulun Bəylikdüzü səmtində yerləşən “Medicana İnternational” Klinikasına müraciət edib. O, bir neçə saat sonra həmin klinikada vəfat edib. Xəstəxanadan APA-nın yerli bürosuna Sevinc Babayeva adlı şəxsin vəfat etdiyini təsdiqləyiblər. Hazırda Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun əməkdaşları xəstəxanadırlar.
 
İstanbul polisindən isə onlara hələ də bu barədə hər hansı məlumat daxil olmadığını bildiriblər.
 
Azərbaycanın hüquq-mühafizə orqanlarından APA-ya daxil olan məlumata görə, S. Babayevanın dünyasını dəyişdiyi xəstəxananın adını oğlu Ayxan Məmmədov bildirib. Məlumata görə, A. Məmmədova anasının cənazəsini gətirmək üçün Türkiyəyə getməyə icazə verilməyib.
 
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videoda vasitəçi qismində adı hallanan Sevinc Babayevanın dünyasını dəyişməsi haqqında məlumat dünən yayılıb.
 
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, Məmmədov Ayxan Eldar oğlu dekabrın 27-də saat 16:00-da Bakı şəhər prokurorluğuna zəng edərək, anası Sevinc Babayevanın Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat etdiyini bildirib.

 





28.12.2012    çap et  çap et