525.Az

Ucqar və səfalı bölgələrdə yaşayanlar evlərini otel kimi istifadəyə verə biləcəklərmi?


 

Ucqar və səfalı bölgələrdə yaşayanlar evlərini otel kimi istifadəyə verə biləcəklərmi?<b style="color:red"></b>

“Azərbaycanda “Akkreditə olunmuş ailələr haqqında” qanunun qəbuluna ehtiyac var”.

Bunu parlamentin Sosial siyasət komitəsinin Milli Məclisin (MM) qarşıdan gələn 2015-ci il payız sessiyası ilə bağlı  sentyabrın 18-də keçirilən ilk iclasında sözügedən komitənin üzvü Məlahət İbrahimqızı dilə gətirib.

Onun sözlərinə görə, bu yöndə analoji qanunlar bir sıra Avropa ölkələrində, o cümlədən, ABŞ-da da var:

“Hesab edirəm ki, bizdə də belə bir qanunun qəbuluna ehtiyac duyulur. Bu qanunu qəbulu ilə ucqar bölgələrdə orta təbəqinin formalaşdırılması, həmçinin, fərdi sahibkarlığın daha da gücləndirilməsi mümkünləşə bilər. Məsələn, ABŞ-da, bir sıra Avropa dövlətlərində ucqar, səfalı bölgələrdə yaşayan nisbətən imkanlı insanlar var ki, onlar evlərini həm də  müvafiq qaydada otel kimi istifadəyə verirlər. Elə bilirəm ki, Azərbaycanda da, xüsusilə, ölkəmizin ucqar, səfalı guşələrində də bunları təşkil etmək olar. Yəni, insanlar öz evlərini həm də otel kimi istifadəyə vermək imkanı qazanmış olarlar. Çünki heç də hamının beşguşəli, dördguşəli, üçguşəli otellərdə qalmaq, istirahət etmək imkanı yoxdur. Onlar məhz  həmin evlərdə qala və onlardan otel kimi istifadə imkanı əldə edə bilərlər”.

Sözügedən komitənin sədr müavini Musa Quliyev isə bir neçə il öncə bu yöndə ilkin variantda “Aqrar turizm haqqında” qanun layihəsinin hazırlandığını xatırladıb. “Həmin sənən məndə var. Yaxşı olardı ki, həmin sənədi bir az da genişləndirək  və bu yöndə yeni adda qanun layihəsi hazırlayaq. Bu, mümkündür”-deyə, M. Quliyev sonra sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

 





19.09.2015    çap et  çap et