525.Az

Sumqayıtın mərkəzində yaşayış binası yanır


 

Sumqayıtın mərkəzində yaşayış binası yanır<b style="color:red"></b>

Fövqəladə Hallar Nazirliyi Sumqayıtda yaşayış binasında yanğın baş verməsi barədə məlumat yayıb.

525.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, qurumun  “112” qaynar xəttinə Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olması haqqında məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, o cümlədən,  Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

İlkin məlumata görə, binanın 2000 kv.m sahədə dam örtüyü yanıb. Yanğına 2-ci təhlükəlilik dərəcəsi təyin edilib. Hazırda yanğın məhdudlaşdırılıb,  söndürülmə işləri davam etdirilir.

 





29.12.2012    çap et  çap et