525.Az

“12 illik ümumi təhsilə keçid qarşıya qoyulan hədəflərdəndir”


 

“12 illik ümumi təhsilə keçid qarşıya qoyulan hədəflərdəndir”

“10 il üçün hədəflər təhsil infrastrukturunun yenidən qurulması üzrə işləri davam etdirməklə bütün ümumtəhsil məktəblərinin beşgünlük tədris həftəsinə və birnövbəli iş rejiminə keçməsini təmin etməkdir. Bununla yanaşı, hədəflərə təhsil müəssisələrinin maddi-texniki təminatına dair minimum tələbatı əks etdirən standartlar hazırlayıb təsdiqlətmək, xüsusi istedada malik uşaq və gənclər üçün təhsil müəssisələri şəbəkəsini genişləndirmək, müvafiq inkişaf mərkəzləri təşkil etmək aiddir”.

Bunu 525.az-a açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, xüsusi qayğıya ehtiyacı olan, eləcə də sağlamlıq imkanları məhdud uşaqlar üçün regional bərpa-sağlamlıq mərkəzlərinin təsis edilməsi, inklüziv təhsilin tətbiqi imkanlarının genişləndirilməsi, 12 illik ümumi təhsilə keçidin təmin olunması və bununla əlaqədar təhsil proqramlarının (kurikulumların) yeniləşdirilməsi qarşıya qoyulan hədəflərdəndir:

“Bu hədəflər həm də tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkili, bütün təhsil müəssisələrinin internetlə təmini, "Elektron məktəb"lərin sayının artırılması, təhsil fəaliyyətlərinin qiymətləndirilməsi və təhsilin keyfiyyətinə nəzarət üzrə təkmil monitorinq sisteminin yaradılması, ixtisaslarının artırılması mexanizmlərinin təkmilləşdirilməsi, adambaşına maliyyələşdirmə modellərinin geniş tətbiqi, ümumi təhsil müəssisələrinin mövcud şəbəkəsi ilə bağlı rasionallaşdırma tədbirlərinin həyata keçirilməsi və digər aktual məsələlərdir. Qeyd olunan istiqamətlər üzrə fəaliyyətlər, heç şübhəsiz, ayrıca alt-proqramlar, layihələr əsasında təşkil ediləcək”.

S.QARAYEVA

 

 





18.09.2012    çap et  çap et