525.Az

Baba, nənə və nəvə dəm qazından zəhərlənib


 

Baba, nənə və nəvə dəm qazından zəhərlənib<b style="color:red"></b>

Qusar rayonunda bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar şəhəri Müqtədir küçəsi, ev 94-də yaşayan 67 yaşlı Xocabəyov Aslan Əsədulla oğlu, onun həyat yoldaşı, 60 yaşlı Xocabəyova Elmira Şıxəli qızı və 12 yaşlı nəvələri Xocabəyova Leyla Bəxtiyar qızıdır.
 
Onlar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Tibbi yardımdan sonra Xocabəyovlar ambulator müalicə üçün evə buraxılıblar.
 
Faktla bağlı araşdırma aparılır.

 





29.12.2012    çap et  çap et