525.Az

Müzəffər Rzayev qətlə yetirildi


 

Müzəffər Rzayev qətlə yetirildi<b style="color:red"></b>

Rusiyanın Vladivostok şəhərində azərbaycanlı qətlə yetirilib.

APA-nın Rusiya bürosunun məlumatına görə, dekabrın 28-də şəhərin Karl Maks küçəsində 44 yaşlı azərbaycanlı Rzayev Müzəffər Süleyman oğlunun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Mərhumun meyitini qohumları aşkar ediblər.
 
Vladivostok Təhqiqat Komitəsinin yaydığı məlumatda mərhumun ağır kəllə-beyin travması nəticəsində öldüyü bildirilir. Qətl aləti kimi çəkicdən istifadə olunub. Qatillər mərhumun evini qarət edib və avtomobilini qaçırıblar. Qaçırılmış avtomobil Çerniqovsk rayonunda yolun kənarında tapılıb. 
 
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
 
Qeyd edək ki, Müzəffər Rzayev Primorsk Boks Federasiyasının vitse-prezidenti olub

 





29.12.2012    çap et  çap et