525.Az

Bakıda yeni evlənən bank işçisi yoxa çıxdı (FOTO)


 

Bakıda yeni evlənən bank işçisi yoxa çıxdı<b style="color:red"> (FOTO)</b>

Bakının Xətai rayonu ərazisində 32 yaşlı kişi itkin düşüb.

Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 1980-cı il təvəllüdlü Seymur Şahin oğlu Səmədov 18 dekabr saat 11:40 radələrində yaşadığı Əhmədli qəsəbəsində 9-cu Əhmədli kücəsi ev 41b ünvanından çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə 34-cü polis bölməsinə Seymurun atası Şahin Səmədov məlumat verib. Ş.Səmədov bildirib ki, oğlu təzə evlənibmiş və bankların birində çalışırmış. Məzuniyyətdə olduğu vaxt iş yerindən hansısa sənədi imzalamaq üçün onu işə çağırıblar.

Bu səbəbdən evdən çıxan Seymur Səmədov bir daha geri qayıtmayıb. Onun işə gedib çıxmadığı bildirilir. Mobil telefonuna isə zəng çatmır.

Hazırda polis onun axtarışları istiqamətində əməliyyat keçirir.

 





29.12.2012    çap et  çap et