525.Az

Qəbələdə maşın çaya aşdı, ölən var


 

Qəbələdə maşın çaya aşdı, ölən var<b style="color:red"></b>

Azərbaycanda maşının çaya düşməsi nəticəsində bir nəfər ölüb, xeyli şəxs yaralanıb.

 Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Qəbələ rayonunun Yenikənd kəndi ərazisində qeydə alınıb. Kənd sakini Eyvaz Məmmədov içərisində çoxlu sərnişin olan «QAZ-53» markalı avtomaşını idarə edərkən onu Qaraçay çayına aşırıb. Nəticədə maşında olan sərnişinlərdən Hikmət İsmayılov hadisə yerində ölüb. Xəsarət alan daha bir neçə nəfər sərnişin isə xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır. 

 





05.01.2013    çap et  çap et