525.Az

İki ay əvvəl hərbi xidmətə çağırılan əsgər vəfat etdi


 

İki ay əvvəl hərbi xidmətə çağırılan əsgər vəfat etdi<b style="color:red"></b>

Azərbaycan Ordusu daha bir əsgərini itirib.

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Həmin hərbi hissədə xidmət edən, 1994-cü il təvəllüdlü Ceyhun Zaman oğlu Qubadov postda olarkən dünyasını dəyişib. İlkin ehtimala görə, C. Qubadov ürək tutmasından vəfat edib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında faktı təsdiqləyərək bildirib ki, əsgər ötən gecə saat 00.35 radələrində qəflətən dünyasını dəyişib. Ölümün səbəbi araşdırılır.
 
Qeyd edək ki, C. Qubadov 2012-ci ilin oktyabrında Abşeron rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

 





07.01.2013    çap et  çap et