525.Az

Bayram axşamı Ağcabədidə görünməmiş faciə


 

Bayram axşamı Ağcabədidə görünməmiş faciə<b style="color:red"></b> Ağcabədi rayonunda mənzildən qan içində kişi meyiti tapılıb.

Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Ağcabədi şəhər sakini 1966-cı il təvəllüdlü Quliyev Əzim Əli oğlunun meyiti yaşadığı mənzildə, yataqda aşkar edilib. İlkin müayinə zamanı onun dizində kəsilmiş yaralar aşkarlanıb.
 
Araşdırmalar nəticəsində məlum olub ki, 46 yaşlı Ə.Quliyev bayram axşamı xeyli içib və sərxoş vəziyyətdə evə gəlib. Yolda o şüşə butulkanı öz dizinə çırpıb və ya qeyri-müəyyən şəraitdə şüşə parçası onun dizinə batıb. Ə.Quliyev qanı axa-axa tənha yaşadığı evə gələrək çarpayıya uzanıb. Bundan sonra isə bayılıb. Nəticədə onun bədənində olan qan axıb gedib.
 
Yanvarın 5-də Ə.Quliyevdən xəbər tuta bilməyən qohumları oxu axtarıblar. Evə gələn yaxınları 46 yaşlı Əlinin meyitini yataqda aşkarlayıblar.
 
Qeyd edək ki, faciəvi şəkildə ölən Ə.Quliyev iki dəfə ailə qursa da, həyat yoldaşları ondan ayrılıb. Bundan sonra o daha çox içməyə başlayıb.
 
Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.
 





07.01.2013    çap et  çap et