525.Az

Rusiyalı milyarder 19 uşağı övladlığa götürüb (FOTO)


 

Rusiyalı milyarder 19 uşağı övladlığa götürüb (FOTO)

Rusiyalı milyarder Roman Avdeyev 19 kimsəsiz uşağı övladlığa götürüb.

Lent.az-ın “Komsomolskaya pravda” qəzetinə istinadən verdiyi xəbərə görə, uşaqların ən kiçiyi üç aylıq, böyüyü isə 10 yaşındadır. Avdeyevin özünün isə 4 uşağı var.

“Mən bu fikrə düşəndə həyat yoldaşım Yelena qəti tərəddüd etmədi. Biz onlara da öz uşaqlarımız kimi baxırıq” - deyə, milyarder bildirib.

Xatırladaq ki, “Forbes” jurnalının məlumatına görə, Roman Avdeyevin varidatı 1, 5 milyarddır. O, Moskva Kredit Bankının sahibidir.

 





28.08.2012    çap et  çap et