525.Az

Azərbaycanın keçmiş baş prokuroru vəfat edib


 

Azərbaycanın keçmiş baş prokuroru vəfat edib<b style="color:red"></b>

Azərbaycanın keçmiş baş prokuroru Murad Babayev vəfat edib.

APA-nın məlumatına görə, M. Babayev bu gün dünyasını dəyişib. O, əvvəllər bir neçə dəfə ürəyindən əməliyyat keçirib.

Murad Köçəri oğlu Babayev 10 dekabr 1951-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olub. 1968-1973-cü illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1973-cü ildə Binəqədi rayonunda təcrübəçi müstəntiq, 1977-1980-ci illərdə Bakı şəhərində açılmamış ölüm üzrə müstəntiq, 1982-ci ildə Mingəçevir şəhərində prokuror vəzifəsində çalışıb. 1987-ci ildə Azərbaycan Respublikası Baş prokurorunun müavini təyin edilib. 26 noyabr 1991-ci ildə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunub, 1992-ci ilin sonunda Baş prokuror vəzifəsindən azad edilib.
 
1993-cü ildə Bakı şəhər Nəqliyyat prokuroru vəzifəsinə təyinat alıb, 7 il bu vəzifədə çalışdıqdan sonra təqaüdə çıxıb.
 
Ailəlidir, bir qızı, bir oğlu var.

 





07.01.2013    çap et  çap et