525.Az

Daha bir karikatura böhranı


 

Daha bir karikatura böhranı

Fransanın həftəlik yumoristik jurnalı "Charlie Hebdo" son sayında Məhəmməd Peyğəmbəri təsvir etdiyi iddia edilən karikaturaları dərc edib.

525.az-ın TRT-yə istinadən verdiyi xəbərə görə, baş nazir Jan Mark Ayrolt sözügedən karikaturaları qəbul etmədiklərini bildirib.

Baş Nazirlikdən verilən yazılı açıqlamada baş nazirin bu cür radikallıqları qəbul etmədiyi və hər kəsi məsuliyyətli olmağa çağırdığı bildirilib.

Açıqlamada söz azadlığının respublikanın təməl prinsiplərindən biri olduğu qeyd edilib, ancaq bu azadlıqdan qanunların müəyyən etdiyi sərhədlər çərçivəsində istifadə edilməsinin vacibliyi vurğulanıb: "Dünyəvilik, tolerantlıq dəyərləri ilə din və inanc azadlığına hörmət respublika sazişinin mərkəzində dayanan ən mühüm elementlərdir".

Jurnalın baş redaktoru isə bir televiziya kanalına açıqlamasında Həzrəti Məhəmmədi təsvir etdikləri karikaturanın daha əvvəl yayımlanan karikaturalardan daha təhril edici olmadığını söyləyib. Redaktor sonra da "mətbuat azadlığı bir təhrik deyilmi" deyə öz addımını müdafiə edib.

 





19.09.2012    çap et  çap et