525.Az

Qatar məktəbli oğlanı ikiyə böldü


 

Qatar məktəbli oğlanı ikiyə böldü<b style="color:red"></b> Yanvarın 9-da Yevlax rayonunda dəhşətli hadisə baş verib.
 
Dəmir Yol Nəqliyyatında Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Yevlax şəhəri ərazisində Rauf Hüseynovun idarə etdiyi elektrovoz 1999-cu il təvəllüdlü Musayev Ülvi Elxan oğlunu vurub. Məlumata görə, yeniyetmə qatarın altından keçmək istəyərkən elektrovoz hərəkətə gəlib.
 
Hadisə şahidlərinin bildirdiyinə görə, 14 yaşlı oğlan qatarın altında qalaraq ikiyə bölünüb.
 
Faktla əlaqədar araşdırmalar başlanılıb.
 
Qeyd edək ki, faciəvi şəkildə ölən oğlan orta məktəbin 8-ci sinif şagirdi olub.
 





10.01.2013    çap et  çap et