525.Az

Ali təhsil müəssisələrində Mətbuat xidməti: məlumatın ötürülməsində sosial şəbəkələrin rolu


 

Ali təhsil müəssisələrində Mətbuat xidməti: məlumatın ötürülməsində sosial şəbəkələrin rolu<b style="color:red"></b>

ADU-nun İctimaiyyətlə əlaqələr Mətbuat xidmətinin rəhbəri,
jurnalist-tərcüməçi

Yaşadığımız dövr bütün sahələrdə, o cümlədən ictimai-siyasi, sosial və mədəni həyatın inkişafında informasiya kommunikasiya texnologiyalarının tətbiqinin zəruriliyini ortaya qoyur. Məlumat, xəbər hadisələrin operativ, obyektiv qərəzsiz işıqlandırılması isə kütləvi informasiya vasitələrinin qarşısında duran vəzifələrin əsasını təşkil edir. KİV-in əsas meyarı olan jurnalistikanın 3 əsas funksiyalarından birincisiməlumatlandırmaq funksiyası, bütün zamanlarda jurnalistlərin həqiqəti yaymaq peşəkarlığa söykənərək həmin həqiqətləri obyektiv şəkildə yaymaq məsələsi müasir zamanda informasiya texnologiyaları vasitəsilə daha operativ, tez asan həll olunur. Lakin bu gün nəhəng informasiya maşınından çıxan, xəbərə çevrilən, ictimai-sosial həyata birbaşa təsir edən məlumatların seçimində əsas götürülən meyarlar məhz KİV tərəfindən müəyyənləşir. Cəmiyyətin tələbatı, ictimai rəyin, bəlli bir auditoriyanın zərurət duyduğu xəbər məlumatların müasir insanın zövqünün, maraqlarının, dəyər düşüncələrinin təmin olunmasında KİV öz seçimini müxtəlif cür müəyyənləşdirir. Əgər müəyyən bir müşahidə aparsaq, bu gün qəzet TV-dən çox önə keçmiş informasiya sayt portallarına nəzər salsaq, elm, təhsil, mədəniyyət incəsənət sahəsində xəbərlərin monitorinqini aparsaq, hər şey aydın olar. Hansısa təhsil müəssisələrinin xəbəri sayt rəhbərliyi tərəfindən daha az oxucu toplayacağına görə, çox zaman ictimai marağı az olan material kimi qiymətləndirilir. Təəssüf ki, bu cür yanaşma KİV-in maarifləndirmək funksiyasını kölgə altına salaraq, çox zaman məhz əyləncənin üst qata çıxmasına yol açır. Bildiyimiz kimi, jurnalistin, KİV-in ictimai rəyə təsir etmə imkanları çox güclüdür, bunu heç kim dana bilməz. Bəllidir ki, KİV-in, medianın ictimai rəyi təkcə yönəltmək deyil, həm formalaşdırmaq xüsusiyyətləri var. Ali təhsil müəssisələri üçün isə, onun fəaliyyətinə verilən qiymət, cəmiyyətin mövqeyi, ictimaiyyətin rəyi mühüm bir yer tutur.  Ali məktəbin imicini düzgün formalaşdırmaq, cəmiyyətdə tutduğu mövcud nüfuzunu daha da yüksəltmək mütləq ali təhsil müəssisəsinin media ilə əlaqələrini lazımınca qiymətləndirməyi zəruri edir. Bu da, təbii ki, ali təhsil müəssisələrinin Mətbuat xidməti strukturunun KİV- əməkdaşlığı sayəsində əldə oluna bilər.  

Azərbaycanda ali təhsil müəssisələrinin Mətbuat xidməti strukturu ilə geniş mənada KİV-in tanışlığı 2008-ci ildə ADU-da İctimaiyyətlə əlaqələr Mətbuat xidmətinin yaranmasından sonraya təsadüf edir. Belə ki, ilk dəfə Azərbaycanda ADU Mətbuat xidməti strukturunun işinin bir qurum olaraq önə çəkilməsi mühüm hadisəyə çevrildi mətbuatla əlaqənin ali təhsil ocağı üçün qədər vacib olduğunu ortaya qoydu. Heç təsadüfi deyil ki, uzun illər ali təhsil məktəblərində yaradılmış analoji stukturlar ya məhz bu sahəyə məsul qurumlar KİV- əlaqəni lazımınca qiymətləndirməmişdilər bu sahədə boşluq hökm sürürdü. Məhz ADU Mətbuat xidmətinin fəaliyyəti işi digər ali təhsil müəssisələrinə nümunə olmuş bizim Mətbuat xidmətinin həyata keçirdiyi layihələrin təcrübəsindən qaynaqlanmışlar. Bu çox sevindirici haldır, çünki ali təhsil müəssisəsi cəmiyyətin bütün zümrələrinin, sosial mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın bu ya digər formada bağlı olduğu bir müəssisədir. İstər işçi, istər müəllim, istərsə tələbənin, hər birinin ailə üzvlərindən kimsə mütləq hansısa təhsil müəssisəsi ilə bağlıdır. Ali təhsil müəssisələrinin auditoriyası bu baxımdan çox genişdir. Tələbə kontingentinin maraq dairəsində olan cəmiyyətin hər zaman əsasını təşkil edən gənc nəslin əsas məkanı məhz ali təhsil müəssisəsidir. Ali məktəblər ictimaiyyətin, cəmiyyətin hər zaman maraq duyduğu yerdir. Ali təhsil müəssisəsinin fəaliyyəti qədər ictimaiyyət üçün açıq cəmiyyət üçün əlçatan olacaqsa, o zaman həmin təhsil ocağı öndə gedəcək. Təbii ki, burada əsas vəzifənin icrası müəssisələrin Mətbuat xidmətinin üzərinə düşür.

Mətbuat xidməti bütün müəssisə, qurum təşkilatlarda eyni funksiya daşıyır ən əsası işini KİV- əlaqənin həyata keçirilməsinə yönəldir. Ali təhsil müəssisəsinin mətbuat xidmətini, fikrimcə, bu baxımdan bir qədər səciyyələndirmək olar. Çünki ali məktəb həyatını əks etdirən məlumatlar daha rəngarəng fərqlidir. Ali məktəblərin Mətbuat xidməti əməkdaşları bir gün universitet rəhbərliyinin rəsmi görüşünü yayırsa, o biri gün məhz tələbə gənclərin keçirdiyi hansısa tədbiri işıqlandırmaq istəyir. Gənclərin tərbiyəvi, mənəvi istiqamətdə yetişməsində məhz tələbələrin özünün irəli sürdüyü təşəbbüslərin reallaşması bu məsələlərin mediada işıqlandırılması ali məktəbin cəmiyyətdə tanınmasına yol açır. Mətbuat xidmətinin işi bütün hallarda ölkə KİV-i ilə əlaqələrdən keçir. KİV-in köməyi ilə Mətbuat xidmətinin təmsil etdiyi qurumu təbliğ etməklə, onun fəaliyyətini işıqlandırmaqla öz auditoriyasına ünvanlanır. Ali təhsil müəssisəsinin Mətbuat xidmətinin işi təmsil etdiyi ali təhsil ocağını bir sıra istiqamətlərdə, o cümlədən gənc nəslin tədris, təhsil, tərbiyəvi, ali məktəbin beynəlxalq əlaqələri universitetin ictimai fəaliyyəti ilə tanış təbliğ etməkdir.  Ali təhsil müəssisəsinin Mətbuat xidməti olaraq ADU Mətbuat xidməti öz işini vacib olan bu əsas istiqamətlər üzrə qurur. Piar işinin təşkilində rəqabətin meydana çıxması üçün şəraitin olması vacib məsələlərdir. Ali təhsil ocağı, istər universitet, istər elmi tədqiqat instititu, istər kollec peşə məktəbinin fəaliyyəti cəmiyyətin diqqətinə mütəmadi çatdırılmalıdır. Mətbuatla əlaqə KİV-in imkanlarına uyğun inkişaf strategiyası həyata keçirən ali təhsil ocaqları bundan bəhrələnməlidirlər, çünki cəmiyyətlə ən yaxşı ünsiyyət, gənc nəslə birbaşa müraciət üsulu media ilə qurulur. Gələcəkdə tələbə cəlb etmək, öz qapılarını savadlı, bacarıqlı çalışqan gənclərə açmaq istəyən ali təhsil ocağında media ilə ön sıralarda durur.

Bu gün danılmaz faktdır ki, İKT-ın inkişafı KİV-in sürətli inkişafını qabaqlayır. Artıq KİV-in ən operativ yayımı sayt portallarla həyata keçirilir. Əgər keçən əsrin sonlarına qədər televiziya daha operativ xəbər daşıyıcısı yayan KİV hesab olunurdusa, hazırda TV kanallarınXəbərlərinformasiya proqramı gün ərzində saytlarda, portallarda yayımlanan xəbər məlumatlara əsasən efirə çıxır. Bununla yanaşı, sosial şəbəkələr artıq xəbər paylaşma, xəbər oxuma bəyənməyə görə öndə gedir, Saytlarda KİV-ə ötürülən xəbər, məlumat, hətta fotolar facebook, twitter kimi sosial şəbəkələrdə, müxtəlif səhifələrdə daha tez yayımlanır. Məlumatın ötürülməsi yayılması, sosial şəbəkələrdə daha operativ asan olur. Rəy bildirən oxucu mövqeyi, fikirləri  ilə elə yerindəcə tanış olmaq olar. Əgər saytlar şərh hissəsi vasitəsilə yayımladığı məlumata münasibət öyrənirsə, bu sayt redaktorununyoxlamasından, bəlli bir süzgəcdən keçib yerləşdirilirsə, sosial şəbəkədə xəbərə, məlumata, hadisə şərhə rəy (comment) bir anda öz əksini tapır. Ali təhsil müəssisəsi üçün bu, çox vacibdir. Sosial şəbəkələr KİV-in özünün fəaliyyətini bir növ idarə edir.  Belə ki, facebook, twitter digər sosial şəbəkələrdə paylaşılan hansısa xəbər linki (xətti) bizi həmin mənbənin (sayt ya portalın) özünə yönəldir, paylaşmaqla özünə yeni oxucu toplaya bilir.

 Ali məktəblər içərisində ilk dəfə olaraq ADU-nun Mətbuat xidməti sosial şəbəkələrdə fəaliyyətini qurmuşdur. Belə ki, ADU Mətbuat xidməti facebookda xüsusi olaraq AUL Press Service (ADU Mətbuat xidməti) səhifəsi yaratmış burada universitet haqda məlumatlar, tədbirlər, görüşlər, tələbələrin yazıları öz əksini tapır. Gənclərin maraq göstərdiyi vaxtlarının çox hissəsini keçirdiyi sosial şəbəkələr bu gün hər birimizin həyatına elə daxil olub ki, bu aludəçilikdənyaxa qurtarmaqartıq mümkün deyil. AUL Press Service ADU Mətbuat xidməti tərəfindən KİV-ə ünvanlanan, işıqlandırılan materialların linkini paylaşmaqla yanaşı, həmin materialları bütöv şəkildə yerləşdirir, fotoşəkillər paylaşır. Bu gün gənclərə nüfuz etmək, onları anlamaq, duymaq üçün onların aləminə daxil olmaq labüddür. Bu gün onlar sosiallaşaraq şəbəkələrdə birləşirlərsə, demək, biz orada olmalıyıq. Mətbuat xidməti sosial şəbəkədə mütləq şəkildə KİV- qarşılıqlı əlaqəyə girə bilir. Media Mətbuat xidmətinin xəbərinə, məlumatına biganə qalmadığı təqdirdə Mətbuat xidmətinin təmsil etdiyi ali təhsil ocağının həm tələbələri, həm müəllimləri, həm işçiləri, həm rəhbərliyi, həm məzunları həmin elektron KİV-in oxucusuna çevrilirlər.

 





10.01.2013    çap et  çap et