525.Az

Mark Zükerberqə özəl mesaj -100 dollar


 

Mark Zükerberqə özəl mesaj -<b style="color:red">100 dollar</b>

Texnologiya saytı "Mashable" "Facebook"da Mark Zükerberqin abunəçisi olmayıb ona xüsusi mesaj göndərmək istəyənlərin 100 dollar ödədiyini ortaya çıxarıb.

525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, 100 dollar ödəyib göndərilən mesajların oxunmaq istənməyən "digər" bölməsinə getməsinin qarşısını almaq mümkündür.

"Facebook" "digər mesajlar" bölməsiylə o anda oxumaq istəmədiyiniz mesajları ayırmağınızı təmin edir. Amma bir çox istifadəçi bundan xəbərsizdir və bu, mühüm mesajların da araya qarışmasına səbəb olur.

"Mashable" müxtəlif hesablardan mesaj göndərməyi sınaqdan keçirib və yalnız Zükerberqi izləməyənlərə belə variant təqdim edildiyini ortaya çıxarıb.

Zükerberqi "Facebook"da 16 milyon insan izləyir.

 





11.01.2013    çap et  çap et