525.Az

Bakıda III "Mövsüm Səyahət Yarmarkası" keçiriləcək


 

Bakıda III "Mövsüm Səyahət Yarmarkası" keçiriləcək<b style="color:red"></b> Bakıda III “Mövsüm Səyahət Yarmarkası” keçiriləcək.
 
Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, yarmarka daxili turizmin dəstəklənməsi və təbliğ etdirilməsi, mehmanxana və turizm şirkətlərinin təklif etdiyi ölkədaxili məhsullarının təqdim olunması məqsədilə təşkil olunacaq.
 
Yarmarka Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı ilə baş tutacaq və 20-dən artıq turizm şirkətlərinin və mehmanxanaların stendlərində ziyarətçilərə Yeni il bayramı ilə bağlı xüsusi proqramlar təklif olunacaq.
 
Tədbir çərçivəsində ziyarətçilər müxtəlif müsabiqələrdə iştirak etməklə iki nəfərlik ölkə daxili və xaricinə Yeni il turları da əldə edə biləcəklər.
 
Tədbir zamanı konsert proqramlarının nümayişi nəzərdə tutulub. ABŞ-dan jazz qrupunun ifası, müğənni Gabriel Stravelli və jazz triosunun (Jim Riedl piano, Patrick O'Leary bas, İordaniya Young zərb alətləri) çıxışı olacaq.
 





12.11.2015    çap et  çap et