525.Az

Hilal Əsədov milli təhlükəsizlik nazirinin müavini vəzifəsindən azad olundu


 

Hilal Əsədov milli təhlükəsizlik nazirinin müavini vəzifəsindən azad olundu<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik nazirinin müavini, general-leytenant Hilal Əsədov vəzifəsindən azad olunub.
 
Bu barədə APA mənbələrinə istinadən xəbər verir.
 
Qeyd edək ki, dünən də milli təhlükəsizlik nazirinin müavini, general-mayor Elçin Əliyev vəzifəsindən azad edilib. Bir müddət öncə isə milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad edilib.
 
Bir müddət öncə general-leytenant Mədət Quliyev isə milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilib. 
 





14.11.2015    çap et  çap et