525.Az

Şimali Kipr turizm günləri keçiriləcək


 

Şimali Kipr turizm günləri keçiriləcək<b style="color:red"></b>

Azərbaycanda Şimali Kipr turizm günləri keçiriləcək

Bu razılıq Azərbaycandan olan QHT sədri ilə ŞKTC turizm nazirinin görüşündə baş tutub.
 
Şimali Kipr Türk Cümhuriyyətinin turizm naziri Faiz Sucuoğlu Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətini (AKDC) qəbul edib.

Görüşdə çıxış edən AKDC-in sədri və eyni zamanda Qlobal Kariyera İnistitutunun direktoru Orxan Həsənoğlu rəhbərlik etdiyi qurumların fəaliyyəti və gələcək planları haqqında məlumat verib.

Azərbaycanın turizm potensialı və ölkəmizin son illərdəki inkişaf yolundan da danışan sədr əməkdaşlıq perspektivlərini də nazirlə müzakirə edib.

ŞKTC turizm naziri iki qardaş ölkə arasında əlaqələrin inkişafında AKDC-nin rolundan məmnunluğunu və daha yaxından əməkdaşlıq etməyin vacibliyini bildirərək müxtəlif təkliflərini dilə gətirib.

Görüşün sonunda yaxın günlərdə Azərbaycanda Şimali Kipr turizm günlərinin keçirilməsi barədə razılıq əldə edilib.

 





16.11.2015    çap et  çap et