525.Az

Unun qiymətinin qalxması çörəyin bahalaşmasına səbəb olmayıb


 

Unun qiymətinin qalxması çörəyin bahalaşmasına səbəb olmayıb Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi son monitorinqlər zamanı ölkə ərazisində buğda ununun qiymətlərində cüzi artım qeydə alınıb. Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.
"Unun qiymətlərində kiçik artım son vaxtlar dünya bazarlarında buğdanın bahalaşması ilə bağlıdır", - nazirlikdən deyiblər.
Bununla yanaşı, monitorinqlər zamanı çörək istehsalı müəssisələri və pərakəndə ticarət obyektlərində çörəyin qiymətlərində artım aşkar olunmayıb.
Dövlət Xidməti un və çörəyin qiymətləri ilə bağlı monitorinqləri davam etdirir.
 





28.08.2012    çap et  çap et