525.Az

Gəncənin "GəncLand"i - Fotolar


 

Gəncənin "GəncLand"i - <b style="color:red">Fotolar</b>

“Bu ideya ağlıma gələndə haraları gəzmədim? ABŞ-da, Parisdə, Romada oldum. Avropanın əksər “Disneylend”lərini gəzdim. Bundan sonra qərar gəldim ki, doğma Gəncəmdə belə bir məkan yaradım”.

Bunu bizimlə söhbətində ölkənin ikinci şəhərində, Gəncədəki “GəncLand” istirahət və əyləncə mərkəzinin rəhbəri Samir Hacıyev deyir. Və onu da deyir ki, bu hələ harasıdır, hələ o qədər planları var ki?

Biz Samir müəllimin həmin planlarına qayıdacayıq. Hələ ki Gəncədəyik. Daha dəqiqi Gəncədəki «GəncLand»da.

Düz iki ilə ərsəyə gəlib bu mərkəz. Samir müəllimin dediyinə görə, ətraf baxımsız, zibillik bir yer imiş. 20013-cü ildən başlayan tikinti 2015-ci ilin mayında başa çatıb. Açılışı isə bu il, iyunun 14-də olub.

Kompleks 7 hektardan artıq sahəni əhatə edir. Açıq havada inşa edilən ən böyük əyləncə kompleksində ilin bütün fəsillərində istirahət edərək əylənmək mümkündü. Maraqlıdır ki, Mərkəz həm böyüklər, həm də uşaqlar üçün nəzərdə tutulub.

2 il ərzində yaradılan bu imkanlardan uşaqlarını əyləndirməyə gətirən valideynlər də yararlana bilir. Burada bir maraqlı məqamı mütləq nəzərinizə çatdıraq. Söhbət ondan gedir ki, mərkəzə gələn valideyn uşaqlarından arxayın ola bilər. Təhlükəsizlik yüksək səviyyədədir. Necə deyərlər, uşağı sevimli attraksionları, oyunları ilə baş-başa qoyan valideyn özü də Mərkəzdəki müxtəlif məkanlarda rahat istirahət edə bilər. Bundan başqa, “hər şey pulludur” deyib, keçməyin. “GəncLand”a pulsuz məkanlar da var ki, uşaqlar oradan bir qəpik belə ödəmədən istifadə edə bilərlər. Və ən əsası, hər gün saat 16-17 arası “GəncLand”akı istirahət və əyləncə qurğularından pulsuz istifadə etmək mümkündür.

“GəncLand”da həmçinin uşaqların marağına səbəb olacaq 60 ədəd heyvan fiquru, matador, çoban, kovboy və digər heykəllər də qoyulub. Nağıl personajlarından ibarət şəhərcikdə 15 maşını olan avtodrom, oyun meydançası, şəlalə, süni göl, mini futbol meydançası və 20 ədəd müxtəlif attraksionlar inşa edilib. Mərkəzdə maraq doğuran məqamlardan biri də yerdəki şahmat taxtasıdır. Şahmat həvəskarı olan gəncəlilər burada bu unikal şahmatdan istifadə edib, vaxtlarını öldürə bilərlər.

“GəncLand”da Qərb bölgəsində ilk dəfə olaraq hündürlüyü 50 metr “Ətrafa baxış” dairəvi  karuseli quraşdırılıb. Karuselin quraşdırılmasında  xaricdən gələn mütəxəssislər iştirak ediblər. Təhlükəsizliyinə tam təminat verilib. Regionunda ilk dəfə olaraq, “Qalaktika”, “Amerikan təpəcikləri”, “Hava velosipedi”, “Nəhəng sürüşgən”, “Disco”, “Nəhəng gəmi”, “Qar axını”, “Yanan kürə”,  “Avtoralli” və  bu kimi ekstremal attraksionlar da əylənmək istəyənlərin ixtiyarında xüsusi təlimçilər var. Bu attraksionlarda təhlükəsizliyə ən yüksək həddədir.

Regiondakı ilklərdən bir də bu mərkəzdədir. Söhbət «Mustang» atçılıq klubundan gedir. Bu klub da «Gəncland»da  ailəvi istirahət yerlərindən biridir. Necə deyərlər, həm uşaqlar, həm də böyüklər üçün. Burada da xüsusi təlimçilərsiz keçinmək olmur. Hə, həm də xüsusi ləvazimatsız.

«Gəncland»din bir özəlliyi də var. Buradakı kafe və restoranlarda spirtli içki və tütün məmulatlarından istifadə edilmir. “Oskar” alakarta restoranındakı yeməklərdən isə doymaq mümkün deyil.

Mərkəzin özəlliklərindən biri də 100 nəfərlik tutuma malik amfiteatrdır. Burada hər gün Disney personajlarından ibarət qrup tam ödənişsiz parkın qonaqlarına bir-birindən maraqlı və şən tamaşalar nümayiş edir. Buradan bir qəpik də olsa gəlir götürməyən Mərkəz rəhbərliyi amfiteatrı bütü gəncəlilərin ixtiyarına verib.   

Hə, gəldik çıxdıq, «Gəncland»din gələcək planlarına. Samir Hacıyev deyir ki, planlar çoxdur. Bu sırada duran ilk iş akvaparkın inşasıdır. “Bu da Qərb zonasında ilk olacaq” deyir Samir müəllim. Bundan başqa, Mərkəzdə zooparkın inşası da nəzərdə tutulub. Mərkəz rəhbərinin dediyinə görə, fil və şirdən başqa zooparka ekzotik heyvanlar da daxil olmaqla çoxsaylı heyvan və quşlar gətiriləcək.

Mərkəz sədri adıgedən məkanda artqalereya və rəssamlıq studiyasının da açılacağını deyir. “Gəncədə və regionda olduqca istedadlı uşaqlar var.  Məqsədim onları bura yığmaq, masterklasslar keçmək, istedadlarını üzə çıxarmaqdır”. 

«Gəncland»da paitnball oynamaq üçün də yer tikiləcək. Bu məkanını da Gəncədə sevilən yerlərdən biri olacağı heç kimdə sirr deyil.

Samir müəllim deyir ki, məqsədlərindən biri də İtaliya istehsalı olan kart sport bolletlərdən ibarət 300 metr trassaya malik kartinq meydançasının yaradılmasıdır. Bir qədər əvvəl İtaliyanın Bolonya şəhərində yerli distrübutorla razılaşmaya əsasən, burada kartinq akademiyasının və 8 yaşdan başlayaraq uşaq və gənclərin təlim kursları nəzərdə tutulub. «Hal-hazırda kartinqlə bağlı İtaliya şirkətiylə razılaşma əldə olunub. Biznes plana əsasən ilk olaraq bizdən bir neçə işçi İtaliyada treninq keçməli, ondan sonra isə hər 3 aydan bir 14 gün müddətində italiyalı mütəxəssisi tərəfindən parkımızda seminarlar və təlim-məşqlər təşkil ediləcək”.

“Biz hələ ideyamızın 70-80 faizini reallaşdıra bilmişik. Mən gələcək planlar haqda biznes-plan da hazırlamışam. Müvafiq strukturlara təqdim edib əlavə vəsait götürmək niyyətindəyik. Biz bu vəsaitlə  həm «Gəncland»di böyüdə, həm də yeni iş yerləri aça bilərik. Son vaxtlar prezident İlham Əliyevin sahibkarlara qarşı diqqəti və dəstəyi bizi ruhlandırıb. Biz «Gəncland»di nəinki Qərb zonasının, regionunu ən böyük istirahət və əyləncə mərkəzinə çevirə bilərik”.

 





19.11.2015    çap et  çap et