525.Az

Miqrantların Azərbaycan dili testindən keçirilməsi təklif olunur


 

Miqrantların Azərbaycan dili testindən keçirilməsi təklif olunur<b style="color:red"></b>

Azərbaycanda yaşayan və işləyən miqrantların Azərbaycan dilində testdən keçirilməsi təklif olunur.

 Milli Məclisdən APA-ya verilən məlumata görə, bu məsələ bir qrup deputatın təşəbbüsü ilə bu il müzakirəyə çıxarıla bilər.
 
Bununla bağlı “Əmək miqrasiyası haqqında” qanuna dəyişikliklər də ola bilər. Təklifə görə, mənzil-kommunal təsərrüfatında, pərakəndə ticarət və iaşə xidmətləri sahəsində çalışmaq istəyən xarici vətəndaşlar Azərbaycan dilindən imtahan verməli olacaqlar. İmtahan verən xaricilərə isə dövlət tərəfindən təsdiq edilmiş sertifikat veriləcək. Qeyd edək ki, belə bir qanun artıq Rusiyada qəbul olunub.
 
Məsələyə münasibət bildirən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli APA-ya açıqlamasında bildirib ki, əvvəl Azərbaycanda kənara gedənlərin sayı çox idisə, indi Azərbaycana gələnlərin sayı çoxdur: “Bura miqrantlar üçün daha maraqlıdır. Xüsusilə əmək miqrasiyası məsələsi çox sürətlə baş verir. Amma hesab edirəm ki, belə tezliklə miqrantların məcburi formada Azərbaycan dili testindən keçməsinə zərurət yoxdur. Çünki hələlik bu məsələ ilə bağlı o mərhələdə deyilik. Biz iqtisadi inkişafımızla bağlı əmək miqrasiyasında maraqlıyıq. Bu məsələyə baxmaq üçün müəyyən vaxtın keçməsi lazımdır”. Komitə sədri onu da deyib ki, Azərbaycana gələn miqrantların çoxu dövlət dilini öyrənməkdə çox maraqlıdırlar.

 





16.01.2013    çap et  çap et