525.Az

"Facebook" yeni xidmətini təqdim etdi


 

"Facebook" yeni xidmətini təqdim etdi<b style="color:red"></b> Facebook sosial şəbəkəsi istifadəçilər tərəfindən dərc edilən kontent üzrə axtarış funksiyasını təqdim edib.
 
525.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sosial şəbəkə rəhbəri Mark Sukerberq Graph Search (“Sosial axtarış”) adlanan yeniliyi yanvarın 15-də şirkətin baş ofisində keçirilən konfransda nümayiş etdirib.
 
M.Sukerberq izah edib ki, “Sosial axtarış” internet üzrə axtarış deyil. Daxili axtarış istifadəçiyə cavaba istinadı göstərməyi yox, cavab verməyi qarşısına məqsəd qoyur. Bunun üçün verilən sorğu özündə bu və ya digər seçim meyarlarını birləşdirən filtrin köməyi ilə formalaşdırılacaq.
 
Məsələn, istifadəçi dostlarının 2009-cu ildə dərc edilən fotoşəkillərini və ya onların dinlədikləri musiqini tapa biləcək. Yeni funksiyadan istifadənin daha bir nümunəsi kimi “Mənim dostlarımın Palo-Altoda olduqları Meksika restoranları” sorğusunu qeyd etmək olar.
 
Facebook-un içindəki materiallar haqqında söz açan M.Sukerberq vurğulayıb ki, bu, bir milyard insan və onlar arasında trilyon əlaqə deməkdir. Bundan başqa, sosial şəbəkədə 240 milyard fotoşəkil saxlanılır.
 
Axtarışın nəticələri istifadəçilərin hansı növ məxfilik tənzimləmələri quraşdırmalarından asılı olacaq.
 
“Sosial axtarış” hələ ki beta-versiya mərhələsindədir. Yeni funksiyanın sınaqlarına xüsusi səhifədə qoşulmaq mümkündür.
 
Facebook yanvarın 15-də “Sosial axtarış” ilə yanaşı, şəbəkə üzrə axtarışı da təqdim edib. İstifadəçilər sosial şəbəkədən çıxmadan onlara lazım olan məlumatı əldə edə bilərlər. Axtarış Microsoft Bing texnologiyası vasitəsilə həyata keçiriləcək
 





16.01.2013    çap et  çap et