525.Az

Fransa 20 ölkədə səfirliyini bağlayıb


 

Fransa 20 ölkədə səfirliyini bağlayıb

Fransada bir jurnalın Məhəmməd Peyğəmbərə aid olduğu iddia edilən karikaturalar dərc etməsi diskussiyalara səbəb olub.

525.az TRT-yə istinadən məlumat verir ki, reaksiyalardan çəkinən Fransa hökuməti 20 ölkədəki səfirlik və məktəblərini cümə günü müvəqqəti olaraq bağlamaq qərarına gəlib.

Səfirliklərin bağlanacağı ölkələrin siyahısı açıqlanmayıb. Tunis və İndoneziya kimi ölkələrdə fransız məktəbləri tətilə buraxılıb.

Fransa mediası karikaturaları dərc edən dərgiylə bağlı cinayət işi açıldığını yazıb. Jurnalın saytı isə kiber-hücuma məruz qalıb

 





20.09.2012    çap et  çap et