525.Az

“Kaş biz də indiki xoşbəxt, sabit dövrdə doğulaydıq”


 

“Kaş biz də indiki xoşbəxt, sabit dövrdə doğulaydıq”

FİKRƏT ŞİRİYEV: “YAŞADIĞIMIZ DÖVRDƏ ÇOX BÖYÜK PROSESLƏR BAŞ VERDİYİNƏ GÖRƏ, BİZİM NƏSİL ÇOX BÖYÜK NAİLİYYƏTLƏR ƏLDƏ EDƏ BİLMƏDİ

Fikrət Şiriyev... Üç sözlə ifadə etsək, xeyirxah, enerjili qədirbilən adam... Bütün universitet onu belə tanıyır, elə bu cür sevir. Bəzilərinin zənnincə o, jurnalistlərdən yaxşı jurnalist, bəzilərinə görə yaxşı şair, dilçi-alimdir. Ən əsası isə odur ki, Fikrət müəllim gözəl insandır. Hamının dərdinə şərik olan, halına yanan bir insan. Fikrət müəllimlə bir çox layihələrdə, işçi qruplarında olmuşuq, hər dəfə çətinə düşəndə qeydlərinə, məsləhətlərinə ehtiyac duymuşuq. Bu dəfə isə hakimi-mütləq bizik. ... Fikrət müəllimi 55 yaşın tamamında söhbətə tutmağın da öz yeri var. Odur ki, Pərvanə İbrahimova, Anzulə Əmirova, Kəramət Böyükçöl İlahə Dadaşovanın təqdimatı ilə Bakı Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Fikrət Şiriyevlə tanış olmağa dəyər.

Fikrət müəllim, biz sizi enerjili, insanları dinləməyi bacaran, dar məqamda hamıya kömək edən biri kimi tanımışam. Baxmayaraq ki, 55 yaşınız tamam olur, hələ bu missiyanızı uğurla davam etdirirsiniz. Bəlkə izahata ehtiyac var?

Enerji genetik xüsusiyyətdir bu mənə irsən keçib. 1 yaşı bu günlərdə tamam olan babamın adını daşıyan nəvəm Yunus da mənim kimidir. Yəni, çox enerjilidir. Bu, insanın özündən asılı deyil. Bilirsiniz, elə xüsusiyyətlər var ki, insan özündə  onu dəyişə bilmir, amma müəyyən məcraya yönəltməyə çalışa bilər. Qaldı ki, insanları dinləmək, kömək etmək, həm ziyalı kimi, həm vəzifəmin əhatə dairəsi kimi borcumdur.

Gəlin, “Fikrət Şiriyev kimdirsualına cavab axtaraq. Amma qısa bir arayış verim ki, bəziləri sizi jurnalistlərdən yaxşı jurnalist, bəziləri gözəl şair hesab edir. Dilçi-alim öz yerində. Maraqlıdır, özünüz bu sualı necə cavablandırmaq istərdiniz. ya Fikrət Şiriyev özü-özünü oxuculara necə təqdim edər?

Rastlaşdığım ən çətin sualdır. Çünki birmənalı cavab vermək çətindir. Bəlkə bəxti gətirən adam kimi təqdim etsəm daha doğru olar. Mənim şansım rastıma çıxanların böyüklüyündə olub. 3- sinifdə oxuyandan atam şeirə olan həvəsimi görüb məni indiki Tofiq İsmayılov adına məktəblilər sarayında ədəbiyyat dərnəyinə yazdırıb. Məktəbi bitirənədək ora getmişəm dərnəyin rəhbəri, gözəl insan şair olan Teyyub Qurbandan dərs almışam. O, deyərdi ki, insan gərək yaxşılıq etməyi bacarsın heç vaxt onun qarşılığı barədə düşünməsin. Bu fikirlər uşaqlıqdan yaddaşıma əbədi həkk olunub həyat amalıma çevrilib. Universitetdə oxuduğum müddətdə Bəxtiyar Vahabzadə, Ağamusa Axundov, Ağa Laçınlı, Şahməddin Xəlilov, Xalid Əlimirzəyev, Fərhad Zeynalov kimi insanlarla qarşılaşmışam onların hər biri idealıma çevriliblər. Bir müddət sonra isə Abel Məhərrəmovla tanış olmuşam. O, BDU-nun tədris hissəsinin rəisi vəzifəsinə təyin olunmuşdu. Mən universiteti yenicə bitirmişdim.O vaxt onun cəmi 29 yaşı var imiş, mən isə elə bilirdim ki, 50-60 yaşlarındadır, əsl yaşını əlbəttə, bilirdim, ancaq gənc ikən belə müdrik, ağsaqqal, adamlara örnək olmağı bacarmaq xüsusiyyəti görüb öyrənmək istədiyim ilk arzum idi. Abel Məhərrəmovun xarakterində olan zəhmətsevərlik, yorulmazlıq, ruhdan düşməmək, sonadək mübarizə aparmaq bacarığı, təslim olmamaq xüsusiyyəti məni cəlb etmişdi mən həmişə bu keyfiyyətləri özümdə tərbiyə etməyə çalışmışam.

Siz Abel müəllimlə bağlı mətbu yazılarınızda onun portretini kifayət qədər açmısınız. Həm universitetdə işlədiyiniz 32 il müddətində bir neçə rektorla işləmisiniz. Sizə görə, Abel Məhərrəmovun fərqli xüsusiyyətləri hansılardır?

Rektor Abel Məhərrəmovun fərqli cəhətləri olduqca çoxdur. Dediyiniz məqalələrdə, çox vaxt bu barədə yazmışam. Əsas xüsusiyyətləri haqda danışsaq deyərdim ki, o, çox sədaqətli adamdır. Təkcə dostlarına, qohumlarına, vətəninə yox, həm elmə, təhsilə, universitetə fanatikcəsinə bağlı adamdır. Universitetin ən ağır illərində bir çoxları kimi o da qazanc dalınca xarici ölkələrə gedə bilərdi,mən yaxşı bilirəm, gözəl şansları var idi, bir çox haqsızlıqlarla qarşılaşırdı, ancaq universiteti heç nəyə dəyişmədi, mübarizədən çəkinmədi, sona qədər çalışdı. Bu gün bütün etimadları doğruldaraq hamının sevimli rektoru ola bilib. Təkrar edirəm, elmə, təhsilə, universitetə sədaqət Abel müəllimin əsas xüsusiyyətlərindən biridir bu gün həmin cəhət xalqın xeyrinə işləyir.

Ümumiləşdirsək, Abel müəllimi bir neçə sözlə necə ifadə edərsiniz?

İradəli, sədaqətli müdrik...

Fikrət müəllim, gəlin Sizi Masallıya qaytaraq... Orada doğuldunuz, məktəbi Bakıda bitirdiniz...

Bəli. Atamın işi ilə əlaqədar altı yaşımdan ailəlikcə Bakıda yaşamışıq. 7 yaşım olanda Nərimanov rayonundakı 36 saylı məktəbə getmişəm. Evimizi dəyişməyimizlə əlaqədar olaraq Əhmədlidə yaşamışıq, 6- sinifdən Bakının ən qocaman məktəblərindən olan 56 saylı məktəbdə təhsilimi davam etdirmişəm. Fəxr edirəm ki, bu gün məni həmin məktəbin ən yaxşı on məzunundan biri hesab edirlər.

İş rejiminiz gərgindir. Bu baxımdan səmimi cavab verin, sonuncu dəfə vaxt bədii əsər oxumusunuz?

Səmimiyyətimə şübhə etməyin, oxumağa rejiminin aidiyyatı yoxdur. Vaxtın azlığından vaxtı düzgün bölüşdürə bilməyənlər narazılıq edirlər. Hər halda böyük uğurlara imza atanların da günləri  24 saatdan ibarətdir. Məsələn, Sabir Rüstəmxanlı həm deputatdır, həm məhsuldar yaradıcılığı var. Bəxtiyar Vahabzadə vaxtilə universitetdə dərs deməklə yanaşı, gözəl əsərlər yaradıb. Çingiz Abdullayevin məsuliyyətli vəzifəsi var, amma əlli yaşında çoxsaylı romanları ilə dünyanın tanınmış adamlarından birinə çevrilib. Bu kimi yüzlərlə nümunələr gətirmək olar. Ancaq elə adamlar da var ki, 100 ildir yaşayır, amma heç bir şeyə nail olmurlar. Deməli, vaxtı düz bölsək, hər bir işin öhdəsindən gələ bilərik. Bu baxımdan mən mütaliə etməyə həmişə vaxt tapıram.

Adlarını çəkdikləriniz insanların hər biri bizə dəyərli töhfələr verib. Siz 55 yaşa kimi etmisiniz?

Mən həyatım boyu gördüyüm işləri qabartmamışam. Sadəcə çalışmışam, insanların işinə yarayım. Məsələn, universitetdə demək olar ki, heç kəs bilmir ki, məzun gününün ssenarisini mən yazıram, rejissorluğunu da özüm edirəm, yaxud mart soyqırımı, Xocalı faciəsi, 20 Yanvar hadisəsi digər əlamətdar hadisələrlə əlaqədar universitetdə keçirilən möhtəşəm tədbirləri mən hazırlayıram. Ən kiçik işlərdən, deyək ki, BDU-nun telefon kitabçasının sıfır vəziyyətindən hazırlanmasından, BDU ilə əlaqədar çəkilən filmlərin ( məs.,”Dünya şöhrətli məzunfilminin ssenari müəllifiyəm), yaxud yeni tədris korpusunun arxasındakı parkın salınmasına qədər, eləmişəmsə, çalışmışam, heç kəs bilməsin.Yeri gəlmişkən, həmin parkın yerində stadiondan tennis kortuna kimi neçə-neçə layihə hazırlanmışdı, mən böyük zəka sahibi olan Abel müəllimi əmin edə bildim ki, parkı çatdırarıq bu, daha praqmatik variant olar. 20 günün ərzində layihə hazırlandı, 2000 nəfər əməkdaşımız iməciliyə çıxdı çoxunun yaxşı xatırladığı zibilliyin yerində o gözəl park salındı.(gülür) Bax, məni danışdırdınız, bunları dedim, yoxsa heş kəs bilmirdi. Qaldı ki, elmi işlərimə, xeyli vaxtdır ki, əhəmiyyətli bir mövzuda namizədlik dissertasiyasını müdafiə etmişəm doktorluq işimlə bağlı da maraqlı, yeni fikirlərim var.

Fikrət müəllim, maraqlıdır, elm sahəsində həyata keçirmək istədiyiniz ən böyük xəyalınız hədəfiniz nədir?

Nitq mədəniyyəti ilə bağlı bir sıra kitablar olsa da, bu sahədə boşluqların olduğu qənaətindəyəm. Bunu aradan qaldırmaq məqsədilə, kitab hazırlamışam. Yaxın müddətdə oxucuların ixtiyarına verməyi düşünürəm. Bu kitab söz yığını olmayan, praktiki vərdişlərə söykənən, bilavasitə tariximizdə olan peşəkar natiqlərin mənbələrindən istifadə edilərək hazırlanıb.

Bəs özünüzü əsl  müəllim hesab edirsinizmi?

Hər halda tələbələrim məni fərqləndirir, məzun vinetkalarında müəllim kimi şəklimi qoyurlar. N.Gəncəvi doğru deyib ki, “Kamil bir palançı olsa da insan, yaxşıdır  yarımçıq papaqçılıqdan”. Belə olmağını istəsəm , tale elə gətirib ki, həmişə çoxşaxəli fəaliyyət göstərməli olmuşam.

Fikrət müəllim, tələbəlik illərinizin çox mənalı keçdiyini deyirsiniz. Bəs universitet sizi real həyata hazırlaya bildimi?

Düşünürəm ki, hazırlaya bildi. Mənə dərs deyən müəllimlərin hərəsi bir universitet idi. Nəzəri biliklərlə yanaşı, biz onların şəxsiyyətindən, yerişindən, rəftarından, söhbətlərindən nəsə öyrənirdik. Hazırda universitetdə təhsil təşkilatçılarından hesab olunuram, bilirəm ki, bu gün BDU Harvard ya Kembric səviyyəsində deyil, ancaq burada canlı universitlərçox dəyərli insanlar, müəllimlər çalışır.

Sizin adaşınız şair Fikrət Sadığın bir şeiri var: Əyri adamı divara dirədilər güllə əyri, düz adamı divara dirədilər güllə düz getdi. 55 yaşınız oldu. 54 olsa deyərdim ki, həyat sizə 5:4 qalib gəlib, amma indi həyatla bərabərsiniz. Siz özünüzə hesabat vermisinizmi ki, səhv yaşadınız, ya düz?

Maraqlı sualdır. Ancaq belə çıxmırmı ki,keçən il əyri olmuşam, bu il düzəlmişəm, gələn il yenə ...(gülür...) Məncə hamı hər gün, hər ilin başında, xüsusən yubileylərdə özünə hesabat verir. Birmənalı şəkildə həyata qiymət vermək isə təbii ki, çox çətindir. Hər bir kəsin öz ömrünə bəraəti var, hətta ən ağır cinayətkar da, özünə bəraət qazandırır...

Bəraət elə yaşam deməkdir...

Mənim üçün psixoloji məqam maraqlıdır insanları müşahidə etməyi xoşlayıram. Bir müddət psixolinqvistika ilə məşğul olmuşam, bu məsələlərin məğzi, nəzəriyyəsi ilə maraqlanmışam. Bəzən  həyatda elə insanlarla rastlaşmışam ki, o, çox yaramaz, cəmiyyətin qəbul etmədiyi birisi olsa da, özünə haqq qazandırmağa çalışır.

Bir dəfə mən sizinlə siz auditoriyadan çıxan zaman qarşılaşdım. Həmin gün çox təsirlənmişdiniz ki, tələbələrdən birinə primitiv sual versəniz cavab ala bilməmişdiniz...

Mən dilçilikdən dərs desəm , tələbələrimi hərtərəfli, intellektual səviyyəli görmək istəmişəm. Hər bir tələbə Azərbaycanın tarixi barədə mükəmməl biliklərə malik olmalıdır. Bəzən Azərbaycanın vaxt dövlət müstəqilliyini qazandığını, himnimizin müəllifini, işğal olunmuş ərazilərimizin adlarını bilməyənlərlə qarşılaşmalı olursan. Bunlar ali məktəbdə yox, orta məktəbdə tədris olunmalı, uşaqlarda vətənə, dövlətə, xalqa laqeydlik, biganəlik əmələ gəlməməsi üçün orta məktəblərdə, məktəbəqədər tədris müəssisələrində onlara vətənə məhəbbət hisslərini aşılamaq lazımdır.

Fikrət müəllim, biz hələ cavan olmağımıza baxmayaraq, universiteti ikinci evimiz kimi qəbul etmişik. Yəqin ki, siz belə düşünürsüz...

– 32 ildir ki, bu ali təhsil ocağındayam bir çox hallarda universitet mənim ikinci yox, birinci evim olub. Həyat yoldaşım, övladlarım günlərlə mənə həsrət qalıblar. Rektor köməkçisi işləyəndə gecə saat 12-dək işlədiyim, səhər saat 8- işdə olduğum aylar olub. Universitet mənim üçün çox qiymətli dəyərdir. Cəsarətlə deyərdim ki, universitet mənim ailəmdir, həyatımdır, vətənimdir. Burada mən 3000 nəfər əməkdaşın, demək olar ki, hamısını adbaad, əksəriyyətini soyadı, təvəllüd tarixi, xarakteri ilə yaxından tanıyıram. Bu, doğmalığın göstəricisidir. deyim ki, universitet mənim cəmiyyəti tanımağıma tanınmağıma birbaşa təsir edib.

Universitetdə çalışdığınız uzun zaman kəsiyində sizin üçün ən xoş ən kədərli hadisəni necə xatırlayırsınız?

Əlbəttə, böyük universitetdir,hər gün yüzlərlə hadisə olur. Mənim üçün çox xoş olan  bir hadisəni danışa bilərəm. Universitetin 90 illik yubileyi münasibətilə Prezident İlham Əliyev tərəfindən bir qrup əməkdaşa fəxri adlar verilmişdi. Mən xoşbəxt idim ki, “Tərəqqimedalı alanlar sırasında idim. Bununla əlaqədar universitetdə keçirilən rəsmi tədbirdə adları mən elan edirdim. Əlifbaya görə sonda  mənim adım yazılmışdı. Hamının adını oxudum ən sonda elan etdim: “Nəhayət Fikrət Şiriyev”. Bunu deməyim zalda əyləşib artıq yorulan insanlar üçün bir cür, nəhayət mənim əməyimə qiymət verildiyini görən dostlarım üçün başqa cür maraqlı xoş oldu. Ən kədərli hadisəni ayırmaq çətindir.Elə insanları bu möhtəşəm ocaqdan son mənzilə yola salmışıq ki, indi yadıma düşəndə qəhərlənirəm...Bəxtiyar Vahabzadə,Yəhya Məmmədov, Fuad Qasımzadə, Mirabbas Qasımov, Sübhi Bektaşi başqa adını çəkə bilmədiyim onlarla  dünya şöhrətli şəxsiyyət... Lakin məni daha çox təsirləndirən bir neçə il əvvəl bir tələbəmizin avtomobil qəzasında həlak olması olub. İmkansız bir ailənin uşağı olan zavallı ucuz başa gəlsin deyə 6- mikrorayonda kirayənişin qalırdı,artıq pul xərcləməmək üçün 10 kilometrə yaxın yolu piyada gəlib-gedirdi. Bu üzücü səfərlərin birində beyniqanlının biri maşınıyla onu vurub öldürdü. Ona görə bu hadisə yadımdan çıxmır ki, özümü  həmkarların sədri kimi bu məsələdə müəyyən qədər günahkar hesab edirəm. Əgər  bizim yataqxanalarımız olsaydı, bu yazıq uşaq orda yaşayardı, yolu da yaxın olardı, xərci-əziyyəti az olardı,belə faciə baş verməzdi.

Çörçil deyib ki, həyatda ən böyük uğurum həyat yoldaşımla ailə qurmağımdır. Bu deyimdən yanaşsaq sizin üçün beləmi olub?

Bəli, belə demək olar.ABŞ-ın prezidenti  olan zaman Bill Klinton həyat yoldaşı Hillari Klintonla benzin doldurma məntəqəsinə yaxınlaşırlar. Maşına benzin  vuran adamı göstərən Hillari Klinton deyib ki, bu oğlanı tanıdın? O, vaxtilə məni sevirdi. Klinton zarafatla deyib ki, yaxşı ki ona ərə getməmisən, yoxsa benzin dolduranın arvadı olacaqdın,amma indi prezidentin xanımısan. Xanım Klinton isə cavab verib ki, xeyr, əgər mən onun arvadı olsaydım, Amerikanın  prezidenti o olacaqdı. Doğrudan da, hər bir uğurlu kişinin arxasında ağıllı qadın dayanır. Mənim taleyimdə Rəna xanımın çox böyük rolu var.

Sizcə qadın necə olmalıdır? Cəsarətli, dəyanətli yoxsa...

Qadın incə, kövrək, gözəl, elə qadın kimi olmalıdır.

Xasiyyətinizdə nəyi dəyişmək istərdiniz?

İstərdim ki, təmkinli olum. Bəzən təmkinli adamlara qibtə edirəm. Düşünürəm ki, bunun olmaması mənə çox çətinliklər yaşadır. Bir çox hallarda hadisəyə tez reaksiya verirəm.

Fikrət müəllim, 55 ildəKaş ki...” dediyiniz məqamlar olubmu? Yəni yaşamadığınız, daha doğrusu, yaşaya bilmədiyiniz nələr üçün peşmançılıq çəkirsiniz?

Yaşadığımız dövrdə çox böyük proseslər baş verdiyinə görə, bizim nəsil çox böyük nailiyyətlər əldə edə bilmədi. Bu dövrdə infilyasiyalar, dövlət çevrilişləri, vətəndaş qarşıdurmaları, müharibələr, aclıq, yenidənqurma, inqilablar, qaçqınlıq, Qarabağ hadisələri oldu. Bu hadisələr bizə mənfi təsir etdi. Etmək istədiklərimizi həyata keçirə bilmədik. Kaş biz indiki xoşbəxt, sabit dövrdə doğulaydıq.

 





20.09.2012    çap et  çap et