525.Az

Misirdən İrana xəbərdarlıq


 

Misirdən İrana xəbərdarlıq

Misirin xarici işlər naziri Məhəmməd Kamil Amr İranın Suriya ilə bağlı mövqeyinin böhranın həllinə xidmət etmədiyini deyib. Amr bunu Tehrana da çatdırdıqlarını bildirib.

525.az-ın TRT-yə istinadən vrdiyi məlumata görə, nazir Qahirədə keçirilən dördtərəfli toplantıda İrana Suriyaya silah yardımı etməməsinə dair xəbərdarlıq etdiklərini söyləyib: "İranla Suriya arasındakı hərbi əməkdaşlığın 30 illik keçmişi var. Ancaq Suriyaya edilən silah yardımı bölgədə daha çox qanın axmasına səbəb olur. Bunu konkret şəkildə İrana da ifadə etdik".

Amr İran mətbuatındakı "Misir Əsədin iqtidardan getməsi şərtindən geri çəkildi" iddialarına da münasibət bildirib: "Bu haqda heç bir şərh vermirik. Toplantı və müzakirələrin uğurlu olması üçün gizlilik prinsipinə əməl edirik. Vicdani baxımdan Suriyada yaşananlarla bağlı səssiz qalmağımız qəbul edilə bilməz. Bu toplantıların və göstərilən səylərin Suriyada axan qanın dayanmasına kömək edəcəyinə inanırıq".

 





21.09.2012    çap et  çap et