525.Az

Aldanmış ulduzlar (İkinci yazı)


 

Aldanmış ulduzlar (İkinci yazı)

Ulduzjurnalının 2012-ci il iyul sayı ümumən gənc ədəbi ulduzlarımız haqqında qeydlər

 

İkinci yazı

 

Əsəd CAHANGİR

 

Yazının birinci hissəsi dərc olunandan sonra Aysel xanım bir dəstə cavanı da
başına
yığıb banket keçirdi bununla da, yüksək səviyyəli bir jurnal buraxdığını restoran səviyyəsindətəsdiq etdi.” Yaxşı elədi, yeyib-içmək, şənlənmək insana,
xüsusən
cavanlığa çox yaraşır. Amma bir aydan bəri AyselinUlduzu ulduzlarıilə məşğul olan, jurnalın məlum nömrəsi ilə bağlı az qala ümummilli müzakirələrə əvvəlcə impuls, sonra da ton verən birisi kimi mən niyə o banketə dəvətlilər sırasında olmadım, bunu anlamadım. Yəqin ki, tənqidlərimdən narazı qaldılar. bununla da, söz azadlığından, tolerantlıqdan, bir sözlə, Avropa dəyərlərindən danışan bu cavanlar bəyənmədikləri Şərqin yavruları olduqlarını, demokratik dəyər anlayışının isə onlar üçün avtobusda özündən böyüklərə yer verib-verməmək məsələsindən o yana keçmədiyini bir daha təsdiqlədilər.
 

   Amma yazımın birinci hissəsinə münasibətin antiqütbü oldu. Deyənlər oldu ki, obyektivsən, hətta yumşaq yazmısan, amma ilk qələm məşqləri edən gənclərə bu qədər vaxt ayırmağa, onları uzun-uzadı antireklam etməyə  lüzum var ki? Yazının birinci hissəsi fikrinin ifadəsi üçün yetərlidir. Tanınmış yazıçı Kamil Əfsəroğlu bu haqda fikirlərinin hətta mətbuatda açıqlanmasına belə etiraz etmədi.

   Amma bu yazıda söhbət sadəcə olaraq A.Əlizadə onun dərc etdiyi gənclərdən yox, insanın iddiası ilə imkanı arasındakı uçurumdan gedir. Biz bəzəngənclik, gənclikdeyə-deyə cavanları layiq olduqlarından ( lazım olduğundan!) artıq dəyərləndirir bununla da onlara ziyan vurmuruqmu? Əgər ədəbi gəncliyimiz avtobusda böyüklərə yer verməyi gerizəkalılıq sayan aysellərdən, “Freydin, Borxesin, Mopassanın zatının ağzınıo söz eləyən (Allah, sən saxla!) nahidlərdən, ilk ala-babat uğurundan sonraeyni vaxtda iyirmi qızla yatmaqdandanışan qaraqanlardan, istedadı ancaq özünü güldürən anekdotlar düzüb-qoşmağa yetən ayxanlardan daha neçə-neçə belə qızlardan, oğlanlardan... ibarətdirsə, ədəbiyyatımızın sabahı necə görünür? “Ulduzjurnalının 2012-ci il iyul sayını vəsilə edərək mən bu suallara cavab axtarmağa çalışmışam hesab edirəm ki, bunlar heç önəmsiz məsələlər deyil. İndi isə icazənizlə, konkret mətləbə qayıdaq, görək cavanlar özləri deyir.   

lll

    Elxan Yurdoğlunun Eynəli bəy Sultanovdan təqdim etdiyiZəmanə ədiblərindən nələr tələb etmək lazımdıryazısı gənclik dərgisindən daha çox Akademiyanın Ədəbiyyat İnstitutunun toplusu üçün yararlı ola bilərdi. Bu, Elxan üçün bir aspirant kimi yəqin ki, maraqlıdır, Ədəbiyyat İnstitutunun müvafiq dövrlə bağlı araşdırmalar aparan işçiləri üçün müəyyən önəmi ola bilər. Amma, doğrudanmı, “Ulduzjurnalı oxucuları üçün eyni dərəcədə diqqətçəkəndir? Məncə, yox. İnanıram ki, bu yazını Elxanın özündən, məndən, bir ola bilsin, Ayseldən başqa heç kim oxumayıb. Ona görəola bilsindeyirəm ki,  jurnalın başdan-başa redaktə korrektə səhvləri ilə dolu olması materialların redaktor süzgəcindən keçməsinə şübhə oyadır.

   Redaktorun seçim qabiliyyəti olmalıdır ki, müəlliflərin arzusunu bir kənara qoyub, onlarla materialın arasından ən vacibini seçsin. Əgər jurnalı sənə bir redaktor olaraq sınaq kimi veriblərsə, seçim işinin məsuliyyəti ikiqat artmalıdır. Təəssüf ki, Aysel xanım kvadrata yüksəltmə əməliyyatı (ikiqat!), feilin vacib formasına (artmalıdır!) o qədər önəm vermir.

   Bu mənim dostum, o mənim qohumumduryox, redaktorun bir prinsipi olmalıdır: “Jurnal oxunmalıdır!” təbii ki, indi çox dəbdə olan şou-biznes qalmaqallarına, “Azadliqradiosusaytının keçirdiyi müzakirələr sayağı dopinq vurulmuş polemikalara, vulqar jestlərə, bulvar mətbuatı elementlərinə yol vermədən...

Seçim məsələsi ilə bağlı bir yazının - yazıçı-tərcüməçi Kamran Nəzirli ilə müsahibənin üzərində özəl olaraq dayanmaq istəyirəm. Müsahibə söhbət, yəni ekspromt olaraq yaranan, şifahi janrdır. Ayselin hər cür dinamikadan, canlı söhbət aurası, qarşıdurma enerjisi, bir sözlə, dramaturgiyadan məhrum  müsahibəsiisə yazılı surətdə verilmiş suallara yazılı cavabları xatırladır.

   
Ciddi qələm adamı kimi tanıdığımız Kamran bəyin bədii tərcümə sənəti sahəsindəki fəaliyyətinin önəmini danmırıq. Məsələn, yazıçının ötən il C.Qolsuorsidən, bu il isə O.Uaylddan elədiyi hər ikisiAzərbaycanjurnalında işıq üzü görənAlma ağacıDorian Qreyin portretiromanları son illərin uğurlu bədii çevirmələrindəndir. Onun O.Uaylddan elədiyi Aysel xanımın da dərc etdiyi, müəyyən leksik, qrammatik, sintaktik xətalardan xali olmayan tərcüməsi (“Xoşbəxt şahzadənağılı) formaca əsasən uğurludur. məzmunca da aktualdır - xalq acından qırılır, bunlar qızıldan heykəl yapırlar.


Bütün bunlarla yanaşı, müsahibədə elə bir məqam var ki, çağdaş Azərbaycan ədəbi-bədii prosesinə az-çox bələd olan hər kəs, yəqin ki, bunun üstündən sükutla keçə bilməzdi. Sözü Aysel xanım Kamran bəyə verək:

A.Əlizadə: Dünya ədəbiyyatının ən böyük yazıçısı kimdi sizə görə? nədən?

K.Nəzirli: Biz içi yazıçı şairlər qarışıq, ta inqilabdan bu yana öyrəşmişik boğazdan yuxarı ibarələrə yalançı təriflərə. Bir görürsən ki, biri durub deyir ki, Dostoyevski bilirsən nədir, dahi! ... Amma üçün dahidir, izah edə bilmir. Sən düz sual verirsən ki, “dünya ədəbiyyatının böyük yazıçısı kimdi?”. Mən cavab verirəm ki, böyük yazıçılar bizim aramızda da var, dünən olub, sabah da olacaq. İndi səni oxuyuram. Heyrətamizdi. Səninlə yanaşı oxuduğum indiki cavan yazarlardan Fərid Hüseyn, Qismət, Günel, elə Aqşinin özü, onu da oxuyuram. Maraqlı yazarlardır... Böyük yazıçıların... xırda yazıçılardan fərqi bircə şeydədir - mövzunun bədii həllini vermək bacarığında...”.

  
Vəssəlam, sitat tamam! İndi keçək şərhə! Əvvəla, sualın qoyuluşu doğru deyil - ədəbiyyatın olduğunu bilən adam belə primitiv sual (“Dünya ədəbiyyatının ən böyük yazıçısı kimdir?”) verər, ona cavab axtarar. Bu, uşaq sualıdır! Bu qəbil  çözümsüz  sual bir yana, hətta neçə əsrdir ki, ədəbiyyatşünaslarFirdovsi böyükdür, yoxsa Nizami?” kimi konkret suala belə  cavab tapa bilməyib, axır ki, hind ədəbiyyatşünası Ş.Nemaninin aşağıdakı barışdırıcı mövqeyi üstündə durmaq zorunda qaldılar: “Firdovsi Firdovsidir, Nizami Nizami”.


İkincisi
, Aysel adıkeçən digər cavanları, nəinki Azərbaycan, hətta dünyanın böyük yazarları (?!) elan edən K.Nəzirli buböyüklüyüonun özünün təbiri ilə desək, görəsən, ilə izah edərdi? Kamran bəyin məntiqi ilə desək, Aysel xanımın həcmcə ən iri yazısı olanErkəklərində, yaxud AqşininGölə qarğısancanındamövzunun bədii həlli çoxmu bacarıqlaverilib? Cavab birmənalıdır: yox, yox yenə yox! Bəs, yenə Kamran bəyin təbiri ilə desək, buboğazdan yuxarı ibarələrə yalançı təriflərə ehtiyac var ki? Ritorik sualların cavabı olmur mən burda Kamran bəydən dördüncü dəfə sitat çəkməklə axır ki, onunlarazılaşacam”: doğrudan da, “heyrətamizdir”.

   
Üçüncüsü, məsələnin etik tərəfi ilə bağlıdır. Tutaq ki, müsahib nəzakət xatirinə (ya da elə doğrudan-doğruya, səmimi qəlbdən) sənin haqqında ifrata varıb,  amma doğrudanmı, sən bütün təvazö etiketini pozaraq bu fikri mətndə hökmən saxlamalısan? Bəyəm bilmirsən ki, nəinki dünyanın böyük, heç Azərbaycanın kiçik yazıçısı da deyilsən? Yox, əgər sən müsahibin kimi düşünürsənsə, artıq tənqidçi yox, psixoterapevt sözünə ehtiyacın var.


Dördüncüsü
, son iyrmi ildə ədəbi gəncliyin bir neçə dalğasını şəxsən görən bir adam kimi, Misir fironundan üzü bəri çoxlarının çoxdan elədiyi birkəşfimən eləmişəm: gənclərin böyük əksəriyyəti nəinki tənqid, hətta tərifə psixoloji cəhətdən hazır (dözümlü!) deyil. Onları layiq olduqları dərəcədə ( az, çox) qiymətləndirmək, şübhəsiz ki, lazımdır. Amma hiperbolik, mübaliğəli, əsassız təriflər gəncləri ancaq çaşdırmaq nəticə etibarilə onlara ziyan vurmaqdan başqa bir şeyə gətirib çıxarmır. Hər şey bir yana, bu, ən azı pedaqoji baxımdan düz deyil.  

  lll 


Ədəbiyyatın
ən böyük təsir mənbəyi həyatın özü, istedadın ilkin əlaməti orijinallıqdır. Aysel xanımseçmə mətnləridərc etdiyini iddia edir. Bəs onunseçdiyimətnlər deyir? Elxan Yurdoğlunun 3-4 misrasını oxuyan kimi R. Rzanı eşidirsən. Ramil Colavdarlının şeirlərindən XVI əsr aşıqlarının səsi gəlir.

Ruslan Mollayevin birüstünlüyüvar. Onun orijinaldan daha çox uğursuz tərcümələri, şeirdən daha çox cansız nəzm parçalarını xatırladan şeirlərində artıq rus, yaxud Avropa şairlərinin aksenti duyulur, epiqonçuluq milli şeir sərhədlərini aşır. Aşıq Veysələ şeir həsr etməsi, S.Babullaoğlunun uğurlu yol qəbilindən olan səhifə yarımlıq tərifi bu effekti yuyub apara bilmir. “Uşaqlığın son gecəsifilmində baş mühəndisin tikintiyə təzə göndərilmiş gənc mühəndisə dediyi sözlər yada düşür: “Elə hey göndərirlər, göndərirlər. Deyən yoxdur ki, axı bunları niyə göndərirsiniz, hara göndərirsiniz?”. 


Mən
Ruslanı görməmişəm, ola bilsin ki, Səlimin diliylə desək, “onun bütün antropologiyasından”, doğrudan da, “istedad hüzn yağır”. AmmaUlduzda dərc olunmuş, bəzən linqvistik, poetik məntiqlə çözülə bilməyən şeirlərindən istedad yağmadığını (“hüznməsələsində Səlimlə razılaşmaq olar”) əminliklə deyə bilərəm:

Kilsə divarında Quran ayəsi

Keşiş yuxusunu yuxuda yozur,

Şamları söndürüb oturur diz üstə

Durub azan səsinə yozumun pozur.

 

Bir qurtum su içir, əlləri əsir,

Şüşəli lampada yandırır şamı,

Çardağından çıxıb kilsəyə gedir,

Şəkk-şübhə doğurur haqqa inamı

Çovğun, yağış, leysan, yuyur şəhəri

İldırım səsi başqacür sanki

Yol boyu qocanın gözündən getmir

Divarda yazılar gördüyü an ki...


Hər
şey bir yana, sonuncu misranın axırında qafiyə xatirinə işlənmişan ki deməkdir? Bəyəm, bu, Azərbaycan dilidir? Səlimin bütün təriflərinə, Ayselinseçmə mətnadıyla təqdiminə rəğmən, Ruslanın təkcəAyasofyaşeirindən sitat gətirdiymiz bu parça yox, istənilən bir şeiri nəinki tərifə, hətta tənqidə belə gəlmir.   


Elmar
Şahmar isə epiqonçuluq məsələsində yaşıdlarını əməlli-başlı toza basır. Elə bu zərbəçiliyinə daha bir neçə səbəbə görə Elmarın şeirləri üzərində bir qədər geniş dayanmaq istəyirəm.


A
.Əlizadə jurnalın üz qabığına Elmarın iki şəklini birdən yerləşdirir. “Azadlıq radiosusaytınınOxu zalında keçirilən şeir  yarışmalarında bir qayda olaraq, paradoksal nəticələriylə seçilən münsiflər öz ənənələrinə sadiq qalaraq Kapitolinin şöhrət kürsüsünə bu dəfə məhz Elmarı çıxarır dəfnə çələngini məhz onun başına qoyurlar. Tərifləmək məsələsində xüsusi səxavəti ilə seçilməyən Salam facebook yazışmalarında ElmarıAzərbaycanın istedadlı şairi” (?!) elan edərək, oxucuları məhz onu dəstəkləməyə çağırır. bu ümummilli yalana zorla inandırılan ElmarUlduzjurnalının məlum sayı ilə bağlı polemikayaŞair müzakirəyə öz şeirləri ilə qoşulmalıdır!” iddiası ilə çıxır. Haqlı deyilmi? demək olar, mövqe məntiqi, iddia gözəldir. Bir şərtlə - bu iddianın arxasında duran şeirlər ona əsas verməlidir.      

Elmarın jurnalda dərc olunan modernist forma axtarışlarına cəhd etdiyi, amma nəticə etibarilə tapmaca effekti doğuran ilk şeirini (“Sevgiyə elegiya”) zor-güc oxuyub başa vurur Salamın məlum mövzuda yazdığı adsız bir şeirini xatırlayırsan. Neynək, cavandır, yaxşı-pis yenilik etmək istəyir, gəlin bunu alqışlayaq. Alqışladıq!

İkinci şeir (“Bağışla”) öz ritmi, taktı, heca quruluşu ümumən ruhu ilə V.Səmədoğlunu yada salır. V. Səmədoğlu bizim canlı klassikimizdir, şeir yazmaq istəyən gənc özünü ona yox, daha kimə bənzətməlidir ki? Onu alqışladıq, Elmarın diliylə desək, bunu da bağışlayaq. Bağışladıq!

Yerdə qalan şeirlərdən üçündə (“Gəlmə, səhər, getmə gecə”, “Məni bitirdin, eybi yox, bitmə, gecə... bitmə, gecə...”, “Unutdu... unutdu”) Elmar öz epiqonçuluğunda bir addım üzü bəri gəlib Aqşinin uğurlu təkrirlər üstündə qələmə alınan, son iyirmi illik poeziyamızda peyzaj şeirinin ən yaddaqalan örnəklərindən olanKəndşeirinə çatsa da, hələ kəndisinə çatmır ki çatmır. Mövzu, məzmun, qafiyə sistemi, ritm etibarilə bir-birinin solğun təkrarından ibarət bu şeirlərdə bəzən artıq poeziya yox, sadəcə məntiq qrammatika axtarmalı olursan:

Bu bədəni, bu da qanı,

Övladını yaxşı tanı,

Sənə tapşıracaq canı,

Ötmə, gecə...ötmə, gecə...

Sənə tapşıracaq canı deməkdir? Tapşırmağına gecəyə tapşıracaqlar, burası aydın, amma kim tapşıracaq? Bu kəkələməyə vəzn qafiyə xatirinə   mətnə zorla pərçimlənmiş anlaşılmaz söz yığınından başqa ad vermək olar?

Xüsusi primitivliyi ilə seçilən, yalnız əlinə ilk dəfə qələm alan adamların yaza biləcəyiSevdim sənişeirində Elmar axır ki, özüdür. Bu, “Azərbaycanın istedadlı şairininartıq ənseçməşeiridir:

Oxunmamış şeir bildim,

Həyəcanla hey oxudum,

Kəlmə-kəlmə sevdim səni...

Bər-bəzəksiz xalı bildim,

Naxış vurdum, hey toxudum,

İlmə-ilmə sevdim səni...

Mən bu şeiriUlduzda dərc etməkdənsə, qızıl hərflərlə yazıb xalçaçılıq muzeyinin divarından asardım!

İki-üç il əvvələ - Elmarın Azərbaycan Yazıçılar Birliyinə ilk dəfə gəldiyi vaxtlara qayıdıram. Onunhəsrətindən göz yaşlarım sel kimi axır, ah-fəryadım isə göyləri yandırırtipli heyrətamiz naşılıq örnəkləri olan ilk şagird cızmaqaralarını oxuyub, tənqidi fikirlərimi desəm , “bala, bunlar xatirə dəftəri yazılarıdır, səndən şair olmaz, get özünə başqa tapdeməyə dilim gəlmədi. Məncə, ümumən, kiminsə kiməsə belə deməyə haqqı çatmır. Biz yazı yazırıq, alın yazısı yazmırıq. Tale, xüsusən yaradıcılıq taleyi isə gözlənilməzliklərlə doludur. dediyim sözlərin ciddi bir effekt verəcəyinə o qədər inanmasam da, Elmara çoxlu şeir oxumağı məsləhət gördüm.

O vaxt naşı bir inadkarlıqla mənimlə əksərən razılaşmayan Elmar üstündən iki il keçəndən sonra səhvini etiraf etməyi bacardı ( bunun özü təqdirəlayiq bir cəhətdir). Çünki ən azı təqlid etdiyi şairləri oxudu şeir haqqındakı təsəvvürləri genişləndi. Sizə qəribə gələcək, amma onunUlduzda dərc olunan şeirləri iki il öncəkixatirə dəftəriyazıları ilə müqayisədə əməlli-başlı irəliləyişdən xəbər verir. Amma bu, sözün ciddi mənasında şeirə yox, hələ sadəcə Elmarın özünə dəxli olan  irəliləyişdir. bəlkə hər müəllif yalnız özünə dəxli olan belə irəliləyişi elə öz daxilindəcə keçirib mətbuat səhifələrinə çıxarmasa, yaxşıdır. Bəlkə belə deyil, mən yanılıram, Elmar haqlıdır...


Bu
tənqidi qeydlərimlə, iki il öncəki kimi, yenə Elmarayazmademirəm. “Oxu zalının müzakirəsinəöz şeirləri iləçıxması göstərir ki, iki il öncəki kimi Elmar yenə tənqidi fikirlərimlə razılaşmayacaq. Amma bir şeyə əminəm - daha iki il keçəcək, gənc qəhrəmanımız özünün növbəti mənəvi-intellektual irəliləyişindən xəbər verən növbəti etirafda bulunacaq. Slavyan Universitetinin Yaradıcılıq kursları fakültəsinin dərslərində Şekspirdən xüsusi kurs keçmək istəyən müəlliməŞekspir çətin ki, bizə bir şey versin” (?!) deməyəcək, dərs gedə-gedə oturduğu yerdəcə ayaqlarını ayaqlarının üstünə aşırıb, qollarını sinəsində çarpazlayıb yatmayacaq... Qərəz, Elmar hekayəti bitdi!


Amma
düz yarım əsrdir ki, ədəbiyyatımızdakı Təhminə-Zaur hekayəti bitmək bilmir istər-istəməz düşünürsən - görəsən, bu biolokasiyanın sirri nədədir? G.Anarqızı romanın davamını yazır, H.Herisçi romanı dekonstruksiya edir, S.İskəndərli roman əsasında film, Z.Xanbabayeva klip çəkir... Hamı oğlunun adını Zaur qoyur, “milli mentalitetə uyğun gəlmədiyi üçünheç kəs qızının adını Təhminə qoymur... Birdir, ikidir, hansını deyəsən?   


Anarın
artıq klassika örnəyinə çevrilmiş məşhur məhəbbət romanı xüsusən gənc  oxucuların sevgi hisslərinin cilalanmasında bu gün öz rolunu oynamaqda davam edir. Çimərlik, islanmış əzələlərin rəqsi, Zaur qumlara baxır, Təhminə ulduzlara... Rəbiqə Nazimqızı da modern üslubda yazdığıQum dənəsihekayəsində plyaj romantikasına, qadın-kişi münasibətləri, ümumən məhəbbətə Anarın beşmərtəbəsinin altıncı mərtəbəsindən baxır. Halbuki indi Bakıda 20, 30, hətta 40 mərtəbəli göydələnlər inşa olunur. Daha inşa vaxtı deyil.


Ədəbiyyatda
, ümumən sənətdə kiməsə heyranlıq, hansısa əsərə vurğunluq xüsusən gənclər üçün zəruri mərhələdir. Amma illər keçir, yaşının üstünə yaş gəlir, mütaliən dərinləşir, dünyagörüşün genişlənir anlayırsan ki, vurulduğunun da öz vurulduqları olub - B.KonstanınAdolfu, Q.FloberinMadam Bovarisi, S.MoeminTeatrı... özünə gəlirsən. Məncə, istər mütaliəsi, istərsə yaşı Rəbiqə xanıma liftin düyməsini basıb altıncı mərtəbədən yuxarı qalxmağa, Xəzər çimərliklərini daha ucadan seyr etməyə imkan verir. Daha göydələnlər imkan vermir, daha altıncı mərtəbələrdən dəniz görünmür. Əlqərəz, Rəbiqə hekayətinə nöqtə qoyaq!


lll

Hər ədəbi nəsil öz tənqidçisi ilə birlikdə meydana çıxır o tənqidçi sözügedən nəslin düşünən beyni olur. Aysel xanımın gənc şairə Qumru Zeynallıya yazıdığı ön sözdəki səmimiyyət, Tünzalənin teatr-tamaşaçı probleminıə həsr olunmuşAntraktyazısındakı kifayət qədər ağıılı obyektiv münasibət hələ belə bir tənqidçinin varlığından xəbər vermir. Ümumən götürəndə, jurnalda ən yeni ədəbi nəslin yaradıcılığını təhlilə çəkən gənc, heç olmasa qoca tənqidçi imzasına ehtiyac varıydı. Çünki hər hansı bədii fakt analitik süzgəcdən keçəndən sonra özünün təsdiqini tapır.


lll

Jurnalda dərc olunmuş bədii materiallar, xüsusən şeirlərlə bağlı iki cəhətin tənqidini xüsusən önəmli sayırıq. Birincisi, mövzu qıtlığı - ah məhəbbət, of məhəbbət, uf, uf, uf, məhəbbət! Doğrudanmı, gəncliyin bədii təxəyyülü öz fərdi hisslərinin təsvirindən, özüylə oynamaqdan o yana keçmir. Əslində isə ədəbiyyat yazıçının özü qurtaran yerdə başlayır.


İkincisi
, əksər gənc yazarların ifratciddiyyəti”, gülüş ruhundan, yumor hissindən az qala məhrumluğu, bezdirici bədbinliyi, intihar düşüncələri, melanxolik  tutqunluq, bir sözlə, işıqsızlıq! “Ciddisöz bu gün qeyri-ciddi görünür, kədərli söz gülüş doğurur, bir sözlə, duzsuz çörək kimi yeyilmir. Zamanın mentallığı belədir. istedadın vacib əlamətlərindən biri zamanı duymaqdır.

Bəs, gənclik bu mentallığı necə duyur? Sevgilisindən ayrılan Qumru Zeynallıbax, indi ağlamağa başladı sərçələr, gör necə qatilsən, hamısı ölüdür bu şəhərdeyə bir oğlanın acığına bütün şəhəri ölü zona elan edir. Nərmin Hüseynzadəyə görə, guya bütünqəfil zənglər ölüm xəbəri üçündür”. Aygül Qurbanova sevgilisini bir tərəfdə qoyub, “ölümün boynunu qucaqlayır”.


Yaralarından qan damanNəcibə Bağırzadə isəintihar edəcəyi günü hələ seçib-sonalamasa da”, “bu yasaq sevginin ağrısını çəkməyə gücüm yetmir daha, məni yanına apar, ilahi, yanına apardeyə ağlamalı şeir yazmaqda yerdə qalanların qabağına Naxçıvan qozu qoyur! Əhsən! Nizami demişkən, “məhəbbət yolunda ölüm budur, bax!”


Elə
güman etməyin ki, bu sözlərlə ümumən ölüm düşüncəsinə ironiya edirik. N.Hikmətin təbiri ilə desək, “ ölümdən qorxmaq ayıb, düşünmək ölümü”.  Ölüm duyğusu insanı heyvandan ayıran ən vacib hissdir. Həyatın həqiqəti ölümün qarşısında açılır. Buna görə şaman mərasimləri, antik misteriyalar ölüb-dirilmə motivi üstündə qurulurdu. Buna görə Həzrət Əli  Ölməmişdən öncə ölündeyirdi. Buna görə ekzistensialistlər ölüm qorxusunu özünüdərk prosesində  ən həlledici moment kimi qəbul edirdilər.


Amma
təəssüf ki, cavanlarımızın ölüm düşüncələri bizə fərdi yaşantıdan doğan hansısa həqiqəti açmır sadəcə, söz oyunu təsiri bağışlayır. Niyə? Çünki hətta səmimi olsalar belə, “yüksək materiyaməsələlərinin bədii təsvirini verməyə intellektləri, istedadları, yaşları hələ imkan vermir. Onlar mənə beynəlxalq yarışlarda başını başlara qoşub gücləri çatmadığı çəkini sifariş verən, sonra da ştanqı az qala tamaşaçıların başına atmaq zoruna qalan Azərbaycan ağırlıqqaldıranlarını xatırladır. 


lll

Sənət dünyanı xilas edə bilməz! Onun gücü olsa-olsa, insandakı gülüş ruhunu oyatmağa yetərlidir! Bunu mən demirəm,  XX əsr dünya estetik fikrinin öndərlərindən O.Qasset deyir. Bunu çağdaş dünya bədii fikrinin patriarxlarından sayılan  U.Ekonun  Qızılgülün adıromanından doğan ən ümumi qənaət deyir.

Milli ədəbiyyatımızın son iyirmi illk mənzərəsi bunu təsdiq edir. Məsələn, uzağa getməyək, Salamın 90- illərdəki bədii uğurlarının əsasında, məncə, onun şeirlərindəki yumor, ironiya, bir sözlə, gülüş ruhu durur. Oxucunun, ümumən insanın kədər limiti dolub. Qoy Füzluli baba bizi bağışlasın, çağdaş sənətin mayəsi nəinki sadəcə qəm deyil, hətta onun ən böyük ciddiyyəti eləqeyri-ciddiliyindədir”.

Bu baxımdan jurnaldakı bir müəllif - “Dolmafobiyahekayəsinin müəllifi Aslan Cəfərli haqqında ayrıca danışmaq istəyirəm. Dünyaya milli mətbəxlə (dolmayla!) çıxmaq cəhdinin iflası mövzusunda yazılmış hekayə istər fərdi milli özünüifşa ideyası, istərsə fraqmentar üslubu ilə postmodern təfəkkürün məhsuludur. Ən başlıcası, hekayədəki iddiasız gülüş ruhu, sirayətedici yumor duyğusudur. Hətta hekayənin dil üslubundakı açıq-aşkar qüsurlar belə onun yaratdığı xoş ovqata üstün gələ bilmir. Təəssüf ki, müasir ruhla aşılanmış, aktual problem qaldıran belə yazılar jurnalda çox deyil.

Yəqin ki, müəllif tərəfindən verilən çıxarışları hekayənin sonunda iki dəfə təkrarən verməklə Aysel xanım özü mətnin önəminə oxucunun diqqətini cəlb etmək, hekayənin ruhuna uyğun zarafat etmək istəyib (?!). Amma bu çıxarışlar üçüncü dəfə, özü R.Mollayevin Kiplinq haqqında yazısının sonuna necə gedib çıxıb, bunu başa düşmək çətindir. Bircə yol qalır - yalan-gerçək hər şeyisübuta yetirməyisevən  Aysel xanım şərqə qarşı fobiyası olan amerikan yazıçısına mili mətbəximizin qüdrətini göstərmək, dolmamızı Amerikaya çıxarmaq istəyib.

Mən Tapdıq Türksoyun imzası ilə dərc olunmuşMənim xəyalım başqa imzadahekayəsindən danışmayacağam. Çünki Tapdıq bəyin özünün təsdiq etdiyi kimi, hekayənin müəllifi o deyil, tamam başqa şəxsdir müəlliflərin adını bilərəkdən qarışıq salmaq Aysel xanımın Azərbaycana mətbuatı tarixinə gətirdiyi daha bir yenilikdir.


Kənan
HacınınRikaşet sindromuEvli qadını sevməyin bədəli”, Mirmehdi AğaoğlununFikirlərimi yazan cihazFasiləhekayələrindən danışmaq istəmirəm. Çünki neçə illik dostum kimi Kənanın xətrinə dəymək, Mirmehdiyə isəKüləyi dişləyənkimi uğurlu bir hekayədən sonraGeriləmisən!” demək mənə bir az çətindir. Ceyhun MusaoğlununQürurlu dilənçiyazısının adını isə bircə şeyə görə çəkmək olar - bu, jurnalda verilən yeganə publisistika nümunəsidir.

Ən nəhayət, PərvininBankomathekayəsi. Problemlərin müasirliyi, psixoloji detalçılıq, insanın daxilində gedən proseslərin  zahiri olaylarla vəhdətdə götürülməsi, əhvalatçılıqdan qaçmaq... Bütün bunlar modernizmə meyllli Pərvinin ciddi nəsr  iddialarından xəbər verir. “Bankomathekayəsi bu yöndən istisna deyil. Çağdaş həyatın sosial tələbləri insanı maşına, robota, bankomata çevirib. Qaçhaqov içində olan insan yaşamır, sadəcə mövcuddur! Gənc yazıçı bizə urbanistik həyatın getdikcə kəskinləşən bu sindromundan yumor qarşıq vahimə ilə danışır. Yaxşıdır ki, Pərvin bu məsələdə öz qəhrəmanını  qınaq pafosundan uzaqtutur. Ədəbiyyat insan naminədir insanı qoruyur. İnsan zamanın qarşısında acizdir robotlaşma onun günahından daha çox faciəsidir. Hekayədən alınan ən umumi təəssürat belədir.


Bununla
belə, Pərvinin bir çox hekayələrinə xas bir cəhətdənBankomatda xali deyil - finalın sönüklüyü! Bütün hekayə boyu gözlənilən effektin sonda alınmaması, estetik həzzin son həddə qalxmaması.


, gəlib çatdıq sözümüzün sonuna. Ümid edirik ki, jurnalın növbəti sayını buraxmağa məsul olan gənc yazar Kəramət Böyükçöl tənqid olunan bacı-qardaşlarınbdan nəticə çıxaracaq biz, axır ki, “Ulduzun arzu etdiyimiz variantını vərəqləyə biləcəyik. Üç dəfə aldananUlduzjurnalının da canı bu qalmaqallardan qurtaracaq. bilmək olar, bəlkə, çağdaş dövrdə atalar artıq üçə yox, dördəcən deyirlər....   

 

 





22.09.2012    çap et  çap et