525.Az

Xilaskar


 

Xilaskar

Ramil Səfərovun xilaskarı cənab Prezident
İlham Əliyevə məktub

Nəriman Həsənzadə
Xalq şairi

Cənab Ali Baş Komandan, sərəncamın muğam oldu,
Şəhidlərin məzarına bu əklil ehtiram oldu.
Azərbaycan nəfəs aldı, ürək bir az aram oldu,
Ulu Tanrım çox görməsin bu torpağa-daşa səni.

Sən Vətənin şərəfini qoruyursan, qoru belə,
Vətən deyir vətən oğlu, düz belədir, doğru belə,
Canımızdan belə çıxır çəkdiyimiz ağrı belə,
Yaşa sevən ürəklərdə bu ürəklə yaşa səni.
Qoy ədalət zəfər çalsın, xeyir çıxsın qabağına,
Daşlı yollar yolçususan daş dəyməsin ayağına.
Biz and içdik toxunulmaz Azərbaycan bayrağına,
Ucaltdığın bayraq kimi uca gördük, uca səni.

Qanımızda, ruhumuzda bir istiqlal nəğməsi var,
Qaçqınların, köçkünlərin fəryadı var, naləsi var,
Ölən kimsə, o düşməndir, min qəsdi var, qərəzi var,
Mən tapşırdım bu tarixdə, tarixi yaddaşa səni.

Yurdumuzu işğal edən talançıdı, həramidi,
Qəhrəmanı xilas etmək qəhrəmanlıq məramıdı,
Oğulların hünər yolu ataların davamıdı,
Zaman özü alqışlayır, mərd atanla qoşa səni.
03.09.2012

 





22.09.2012    çap et  çap et