525.Az

Analar, xanımlar, mələklər, bayramınız mübarək!


 

Analar, xanımlar, mələklər, bayramınız mübarək!<b style="color:red"></b>

Bu nə gözəl bəladı
Gəldi mənim başıma,
Hər gün çıxar qarşıma...

Buda bir can alandı
Bu gözəlin yanında
Əzrail-zad yalandı.
Əzrail bir gün gələr,
Canını alar gedər.
Bu gözəl hər gün gələr
Odlara salar gedər.

Gəlməsə, can verməyə
Sənin özün gələrsən.
Görməsən, yetim qalmış
Quzu kimi mələrsən,
Həsrətindən ölərsən.

Bizi sevən, əzab verən,
Canımızı üzənsən.
Yolumuzda hər cəfaya,
Hər bəlaya dözənsən.

Dilimizdə ən müqəddəs
Söz də sənin adındı.
Bizi gözəl dünyamıza
Gətirən də qadındı.

07.03.2016

 





08.03.2016    çap et  çap et