525.Az

Ermənilər Kürü çirkləndirirlər


 

Ermənilər Kürü çirkləndirirlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə sentyabr ayının II ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.
525.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabr ayının II ongünlüyündə Kür çayında suyun sərfi sentyabr ayının I ongünlüyünə nisbətən artıb.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

Araz çayı üzrə Horadizdə suyun əsas çirkləndiricilərindən olan fenollar, mis birləşmələri YVQH-ni keçib.

 





24.09.2012    çap et  çap et