525.Az

“Zabrat yolu”nun təmiri başa çatıb


 

“Zabrat yolu”nun təmiri başa çatıb

Şəhər şossesinin Sabunçu qovşağından Zabrat dairəsindək olan hissəsində yenidənqurma işləri başa çatıb.

“Azəryolservis”dən 525.az-a verilən məlumata görə, uzunluğu 6,3 km olan yol 3 gediş-3 gəliş olmaqla 6 hərəkət zolağından ibarətdir. Yol boyu zəruri olan ərazilərdə kommunikasiya xətləri dəyişdirilib, kommunikasiya quyularının beton örtükləri, baxış qapaqları yenisi ilə əvəzlənib, 3 laydan ibarət asfalt-beton örtük vurulub, xətlənmə işləri ilə yanaşı, müxtəlif yol nişanı, o cümlədən istiqamət və məlumatverici lövhələr quraşdırılıb. Eyni zamanda Zabrat dairəsindən Maştağa yolötürücüsünə qədər olan hissə də təmir olunub.

Qeyd edək ki, yolun əsaslı şəkildə yenidən qurulması Bakı şəhərinin Zabrat, Maştağa, Kürdəxanı, Pirşağı, Məhəmmədi qəsəbələrinin nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasına və şəhərin mərkəzinə gələn nəqliyyat vasitələrinin normal gedişinə şərait yaradıb.
BƏXTİYAR

 





24.09.2012    çap et  çap et